Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Botaniki təsviri və bioloji xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə290/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   286   287   288   289   290   291   292   293   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Yazlıq yağçiçəyi – 
Camelina sativa Czantz.

kələmkimilər fəsiləsinin – (
Brassicaceae)
birillik otvari bitkisidir. Yağçiçəyinin mil kökü, 50-80 sm 
hündürlüyündə sarmaşan yaxşı inkişaf etmiş nazik gövdəsi vardır. Yarpaqları qısa saplaqlı 
lansetvari, tamkənarlı yaxud zəifdişli səthi sərt tükcüklərlə örtülüdür. Hamaşçiçəyi qotazdır. 
Çiçəkləri xırda açıq-sarı rənglidir. Şimal ərazilərdə öz-özünü tozlayır, cənubda çarpaz tozlanmaya 
meyillidir. Meyvəsi armud şəkilli qındır, uzunluğu 6-9 mm-dir, yetişən zaman partlayır. Toxumu 
xırda (1,5-2 mm), hər qında 6-8 toxum, uzunsov-oval formalı, qırmızı-darçını rənglidir. Toxumun 
100 ədədinin kütləsi 1,0-1,5 qramdır.
Payızlıq kürəncə-
Camelina Waller
quruluşuna görə yağlığa çox oxşardır. Gövdəsi 
oduncaqlaşmış, güclü budaqlanandır. Budaqları və yarpaqları güclü tüklüdür. Meyvəsi xırdadır (5-7 
mm).
Yazlıq yağçiçəyinin toxumları 1-2 
0
C temperaturda cücərməyə başlayır. Cücərtilər 12 
0
C-yə 
qədər şaxtalara dözürlər. Nisbətən yüngül quraqlığa dözürlər. Qumsal və zəif şorlaşmış torpaqlarda 
yaxşı bitirlər. 
Yazlıq yağçiçəyinin vegetasiya müddəti 66-90 gündür. Uzun gün bitkisi kimi şimala getdikcə 
onun vegetasiya dövrü qısalır. 
Becərilmə texnologiyası.
Yazlıq yağçiçəyi üçün ən yaxşı sələflər payızlıqlar və başdan-başa 
becərilən bitkilərdir. O mineral gübrələrin (N P K ) verilməsinə yaxşı reaksiya göstərir. Torpağın 
səpinqabağı becərilməsinə tələbkardır. 
Yağçiçəyini erkən müddətdə səpirlər. Səpin adi cərgəvi üsulla aparılır. Səpin norması hektara 
8-10 kq, toxumun basdırılma dərinliyi 2-3 sm-dir. Əkinlərə qulluq çıxışlar alındıqdan sonra 
malalamanın aparılmasıdır. 
Bitkinin aşağı yaruslarındakı qınlar qonurlaşdıqda və içərisindəki toxumlar bərkidikdə, yəni 
yağçiçəyi tam yetişkənlik fazasında tərtib edilmiş kombaynla yığılır.
Yağçiçəyi toxümu saxlanan zaman onun nəmliyi 9%-dən artıq olmamalıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin