Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə297/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   293   294   295   296   297   298   299   300   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası. 
Cirə növbəli əkində payızlıqlar və başdan-başa becərilən bitkilərdən 
sonra yerləşdirilir. Koriandrın tökülmüş dənləri tarlanı zibillədiyindən cirəni ondan sonra 
növbələndirmək olmaz. 


263 
Gübrələrə yaxşı reaksiya göstərən bitkidir. Hektara 45-50 kq azot, fosfor və kalium gübrələri 
verilir. Səpin zamanı hektara 10 kq dənəvərləşdirilmiş superfosfat, lakin yarpaq rozetləri əmələ 
gəldikdə isə hektara 10-15 kq yemləmə şəklində azot-fosfor verilir. 
Cirə əkinləri üçün torpaq 25-28 sm dərinliyində payız şumu edilir, (dənli bitkilərdən sonra 
üzləmə aparılır) erkən yazda malalanır və səpinqabağı kultivasiya çəkilərək malalama aparılır.
Toxumlar səpinqabağı 3-4 gün isti havada qızdırılır.
Cirə yazın əvvəlində dənli bitkilərlə eyni vaxtda səpilir. Səpin daha geniş yayılmış gencərgəli 
(cərgəarası 45 sm) lent üsulu ilə aparılır. Lentləp arası 45 sm və lentlərdə cərgəarası 15 sm 
götürülür. Alaq otlarından təmiz olan sahələrdə adi cərgəvi üsul tətbiq edilir.
Toxumun səpin norması gencərgəli əkində hektara 12 kq, ikicərgəli lent üsulunda hektara 14 
kq və adi cərgəvi səpində hektara 18 kq götürülür. Toxumun basdırılma dərinliyi 2-3 sm, bir az 
qurumuş torpaqlarda isə 4-5 sm-dir. 
Qulluq işləri çıxışlara qədər yüngül malalarla cərgələrin köndələninə malalanmasından və ən 
azı üç dəfədən az olmayaraq cərgəaralarının becərilməsindən ibarətdir. 
Cirənin yığılması birbaşa və hissə-hissə ola bilər. Toxumun tam yetişmə fazasının 
başlanğıcında dəyişkən hava şəraitində seyrək və yatmış əkinlərdə yığım birbaşa aparılır. Hissə-
hissə yığıma isə sahədə normal bitki sıxlığı olduqda və toxumlar yaşılımtıl-sarı rəng aldıqda 
başlanılır. 
Saxlayarkən cirə toxumunun nəmliyi 12%-dən yüksək olmamalıdır. 
 
 
 
 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin