Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə298/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   294   295   296   297   298   299   300   301   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 39. Efiryağlı bitkilər: 
1 – sürvə (adaçayı) , 2 - ətirşah, 3 – nanə , 
4 – keşniş , 5 – cirə, 6 – razyana (fenxel). 








264 
21.2.3. Zirə 
 
Əhəmiyyəti, yayılması və məhsuldarlığı.
Zirənin meyvəsində 4-7% tərkibində karvon və 
limonen olan efir yağı vardır ki, tibdə və ətriyyatda istifadə
olunur. Eləcədə zirənin meyvəsindən 
14-16% piyli yağ alınır ki, bu da texniki məqsədlər üçün istifadə edilir. Meyvəsi ədviyyat kimi, 
müxtəlif duza qoymada və çörəkbişirmədə, likör və qənnadı sənayesində işlədilir. Zirə yaxşı bal 
verən bitkidir.
Avropa və Asiyada onun 30 növü, Azərbaycan Respublikasında isə üç növü yayılmışdır. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Zirə - 
Carum carvi L.
Çətirçiçəklilər - 
Apiaceae
fəsiləsindən - ikiillik yaxud çoxillik bitki cinsidir. Həyatının birinci ili kifayət qədər güclü mil kök 
sistemi və yarpaq rozetləri inkişaf edir. İkinci ili meyvə verir. Gövdəsi 50-70 sm hündürlüyündə 
dikdayanan, budaqlanan və içərisi boşdur. Yarpaqları növbələnən iki və ya üçqat lələkvarı 
bölümlüdür. Ağ və ya çəhrayı çiçəkləri çətirşəkilli çiçək qrupunda yerləşir. Çiçək ləçəkləri uzun 
saplaqlıdır. Meyvəsi ikitoxumludur. meyvəciyin
100 ədədinin kütləsi 2,3 - 2,5 qramdır. 
Zirə istiliyə tələbkar deyil, lakin torpağa və nəmliyə kifayət qədər yüksək tələbat göstərir. Ona 
görə də kifayət qədər nəmliyi olan münbit torpaqlarda yaxşı bitir. Zirə işıq sevən bitkidir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin