271
yaxındır. Qönçələmə fazasında və çiçəkləmənin başlanğıcında senaj üçün yığılmış paxlalı otların
tərkibində quru maddəyə görə xam zülalın miqdarı 20-22%, süpürgələmənin başlanğıcında yığılmış
taxıl otlarından isə 14-16% -dir.
Senajın hazırlanması texnologiyasında aşağıdakı şərtlər nəzərdə tutulur: kütlənin nəmliyi 45-
60%, eyni ölçüdə xırdalanma, həcmi kütlənin 450-500 kq/m
3
alınmasına qədər diqqətlə döyəcləmə,
germetiklik, qüllənin doldurulmasını 4-5 günə başa çatdırmaq. Bu
şərtlərə əməl etdikdə qida
maddələrinin itkisi 7-11%-i keçmir. 1 kq senajın qidalılığı 0,3-0,4 yem vahidinə bərabərdir. 1 yem
vahidində 170-190 qr. xam protein və 100-110 mq. karotin var.
Paxlalı otların senaj edilməsi otun təbii qurudulması
ilə müqayisədə, itkinin aşağı enməsi
nəticəsində (hesabına) 1 hektardan əlavə olaraq 1,0-1,2 min yem vahidi, 190 kq-dan çox xam zülal
və 2 kq-a qədər karotin istehsal edilməsinə imkan verir. Digər yemlərə nisbətən senaj paxlalı
otlardan bioloji cəhətdən daha dəyərlidir, ona görə də vahid heyvandarlıq məhsullarına onu az sərf
edirlər.
Cədvəl 48
Dostları ilə paylaş: