Fotosintetik aktiv radiasiya. Fotosintezin zəruri şəraiti günəş radiasiyasının enerjisidir. Elə
əkinlər yaratmaq lazımdır ki, yarpaqlar günəş enerjisini uda bilsin, daha yüksək faydalı əmsalın
təsiri və ən çox biokütlə yaratmaq üçün bir yerdə (cəmlənmə) toxumlarda, kökümeyvələrdə,
yumrularda və s. toplanması təsərrüfat məhsulunun qiymətli bir hissəsidir.
Fotosintez prosesində bütün günəş enerjisi yox, ancaq onun görünən hissəsi - dalğasının
uzunluğu 380-dən 720 nm-ə (nanometr) qədər olan fotosintetik fəal radiasiya (FFR) iştirak etmir.
Bu şüalar xlorofil tərəfindən udulur və fotosintezin energetik əsası hesab edilir. Enerjisi günəş
radiasiyasının ümumi enerjisinin 50%-ə qədərini təşkil edir. Günəş spektrinin infraqırmızı hissəsi
eləcədə ümumi günəş enerjisinin 50%-ə qədərini təşkil edərək, fotosintezin fotokimyəvi
reaksiyalarında iştirak etmir. Bu şüalar torpaq tərəfindən udulur, havanın yer qatına yaxın təbəqəsi
və bitkinin özü isinir, bu zaman torpaq səthindən nəmliyin buxarlanması və transpirasiya güclənir.
Vahid torpaq səthinə düşən FFR-in miqdarı orta hesabla ilin ayları və ayın dekadaları üzrə təyin
edilərək, müxtəlif coğrafi zonalar və müxtəlif soraq kitabçalarında göstərilib.
Məhsulun miqdarı (yüksək, orta, aşağı) obyektiv göstəricilərin FFR-ın istifadə əmsalına
xidmət edə bilər. Yaxşı məhsula FFR-ın 2-3% istifadəsi uyğun gəlir. İntensiv tip sortları becərən
zaman və məhsulun formalaşmasında bütün proseslərin optimallaşdırılmasından FFR-in 3,5-5,0%
və daha çox məhsulda toplanması mümkündür.
Vegetasiya dövründə günəş enerjisinin daxil olması coğrafi en dairəsindən asılıdır.
Əkinlərin fotosintetik fəaliyyətinin göstəriciləri. Yarpaqların fotosintetik fəal radiasiyanı
udmaları üçün, əkinlər özündə optiki sistemi təmsil edirlər. Bitkinin inkişafının başlanğıc dövründə
assimilyasiya səthi kiçikdir və fotosintetik fəal radiasiyanın əhəmiyyətli hissəsi yarpaqlardan yan
keçir, onlar tərəfindən tutulmur. Yarpaq səthinin artması onlar tərəfindən günəş enerjisinin
udulmasını gücləndirir. Əgər yarpaq səthinin indeksi
* 4-5 olarsa, yaxud əkinin yarpaq səthi 40-50
min m
2
/ha, FFR-ın əkinin yarpaqları tərəfindən udulması maksimuma çatan 70-80%-i, ümumi
radiasiyanın 40%-dir. Sonradan yarpaq səthinin artması zamanı FFR-ın udulması yüksəlmir.