Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə318/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   314   315   316   317   318   319   320   321   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

22.1.3. Xaşa
 
Əhəmiyyəti. 
Xaşanın quru otu həzmə gedən protein və yemlilik dəyərinə görə yoncaya 
yaxındır. Şehli və yağışlı havada heyvanların xaşanın yaşıl kütləsi ilə yemləndirilməsi timpanit 
(köpmə) vermir.
Nəmlik az olan bölgələrdə xaşanın quru ot məhsuldarlığı yoncanı 20%-ə qədər ötüb keçir. 
Xaşa Qafqaz ərazisində X-cu əsrdən becərilməyə başlayıb.
Xaşa yüksək toxum məhsulu verir. Paxlalı bitki kimi torpağı azotla zənginləşdirir. Yaxşı bal 
verən bitkidir. Hektardan 50-55 sentnerə qədər quru 
ot məhsulu verir. 
Botaniki təsviri.
Xaşa – 
Onobrychis
paxlalılar 
fəsiləsindən bitki cinsidir. 140-dan çox növü əhatə 
edir. Əsasən Qafqazda, Ukraynada və Orta Asiyada 
60-dan çox növü yayılmışdır. Azərbaycan ərazisində 
22 növünə təsadüf edilir. Üç növü – hündür boyly 
xaşa (
O. altissima
), Kür xaşası (
O. Cyr
) və 
Zaqafqaziya xaşası (
O. transcaucasica
) becərilir. Hər 
üç növ qiymətli yem bitkisidir. 100 kq yaşıl 
kütləsində 22 yem vahidi, 3,1 kq həzm olunan 
protein, 6,5 qr. karotin var.
Torpağın dərinliyinə işləyən mil kök sistemi 
orada çətin həll olunan fosfor birləşmələrindən 
istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də 
əkinlərə fosfor gübrəsi verdikdə toxum və quru ot 
məhsuldarlığı praktiki olaraq artmır. 
Yarpaqları təklələkşəkilli, 6-18 cüt və bir təpə 
yarpaqcığından ibarətdir. 
Gövdəsi budaqlanmır. Hər buğumdan iki ədəd 
yarpaqyanlığı ilə yarpaq inkişaf edir. Bitkinin boyu 
80-100 sm-ə çatır. Çiçək qrupu 3-20 sm uzunluğunda salxımdır (qotaz), çiçəkləri iri cəhrayı yaxud 
ağ rənglidir. Meyvəsi şarşəkilli paxladır. Paxlalıların qabığı möhkəm olduğundan onu qabıqlı
səpirlər.
Xaşanın mədəni becərilən 2 növü daha çox yayılmışdır. 
1.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin