34
Harada ki, əkinlərin yarpaq səthinin formalaşması optimaldır, FFR-ın udulması vegetasiya
müddətində orta hesabla düşən radiasiyanın 50-60% -ni təşkil edir. Bitki örtüyü ilə udulmuş FFR
fotosintez üçün enerji ehtiyatının əsasıdır. Ancaq məhsulda bu enerjinin bir qismi toplanır. Adətən
FFR-nın istifadə əmsalı bitki örtüyünə düşən FFR-nın nisbətinə görə müəyyən edilir.
Əgər əkində FFR–ın məhsulun biokütləsində toplanmasına 2-3% düşürsə,
onda bitkinin bütün
orqanlarının quru kütləsi 10-15 ton/ha təşkil edir, lakin mümkün olan dən məhsuldarlığı bir hektara
4-6 tondur. Seyrək əkinlərdə FFR–ın istifadə əmsalı cəmi 0,5-1,0% təşkil edir.
Əkinlərə fotosintetik sistem kimi baxan zaman vegetasiya dövründə yaranmış quru biokütlə
məhsulu yaxud onun müəyyən dövrdə artımı yarpaq səthinin orta böyüklüyündən, müddətin davamı
və bu dövrdə fotosintezin xalis məhsuldarlığından asılıdır.
M = FP
· FXM,
burada, M – quru biokütlənin məhsuldarlığı, t/ha; FP – fotosintetik potensial, min m
2
· gün/ha; FXM
– fotosintezin xalis məhsuldarlığı, q/(m
2
· gün).
Fotosintetik potensial aşağıdakı formula ilə hesablanır
FP = S
c
T,
burada, S
c
- dövr ərzində yapaq səthinin orta miqdarı, min m
2
/ha; T – dövrün müddəti, günlər.
Cəmi bitkilərin (senoz) əsas göstəriciləri və eləcə də məhsuldarlığı sahə vahidində – 1 m
2
yaxud 1 hektar hesabı ilə müəyyən edilir. Deməli, yarpaq səthi min m
2
/ha ölçülür. Bundan əlavə,
yarpaq səthinin indeksi kimi göstəricilərdən istifadə edilir.
Assimilyasiya səthinin əsas hissəsini yarpaqlar təşkil edir, məhz fotosintez onlarda həyata
keçir. Fotosintez bitkinin digər yaşıl hissəsində – gövdələrdə, qılçıqlarda, yaşıl meyvələrdə və s.
gedə bilər, lakin bu orqanların payı ümumi fotosintezdə adətən əhəmiyyətsizdir (kiçikdir).
Əkinlərdə yarpaq səthinin dinamikası müəyyən qanunauyğunluqlara tabedir. Cücərtilər
alındıqdan sonra yarpaqların səthi tədricən artır, ona görə də böyümə sürəti güclənir. Yan zoğların
əmələ gəlməsinin dayanması zamanı və bitkinin boyunun yüksəlməsindən yarpaq səthi vegetasiya
müddətində maksimum həddə çatır, sonra tədricən alt yarpaqların saralması və məhv olması ilə
əlaqədar olaraq aşağı enməyə başlayır. Bir çox bitkilərin (dənli taxıllar, dənli-paxlalılar) əkinlərində
vegetasiyanın sonuna bitkilərdə yaşıl yarpaqlar olmur.
Müxtəlif kənd təsərrüfatı bitkilərində yarpaq səthi vegetasiya müddətində su təminatından,
qidalanmadan, aqrotexniki üsullardan asılı
olaraq güclü dəyişə bilər.
Quraqlıq şəraitdə maksimum yarpaq səthi
cəmi 5-10 min m
2
/ha çatır, lakin nəmlik və azot
qidası bol olan zaman o 70 min m
2
/ha ötüb
keçə bilər.
Hesab olunur ki, əkinlərdə 4-5
yarpaq səthi indeksində optik fotosintetik
sistem daha çox miqdarda FFR udaraq optimal
rejimdə işləyir. Yarpaq səthi kiçik olan zaman
onlar fotosintetik fəal radiasiyanı tutmurlar.
Əgər yarpaq səthi bir hektarda 50 min m
2
-dən
çoxdursa, onda yuxarıdakı yarpaqlar alt
yarpaqları kölgələndirir, onların fotosintezdə
payı kəskin aşağı enir.
Yarpaq səthinin dinamikası
göstərir ki,
əkinlər fotosintetik sistem kimi vegetasiyanın müxtəlif mərhələlərində müxtəlif surətdə
fəaliyyətdədirlər (şəkil
2). Vegetasiyanın birinci 20-30 günü, nə vaxt ki, yarpaq səthi orta hesabla 3-
7 min m
2
/ha təşkil edir, FFR – in böyük hissəsi yarpaqlar tərəfindən tutulmur, və ona görə də FFR –
nın istifadə əmsalı yüksək ola bilməz. Daha sonra yarpaq səthi tez çoxalaraq maksimuma çatır. Bir
qayda olaraq, bu dənli taxıl bitkilərində dənin süd yetişkənlik fazasında, dənli-paxlalılarda orta
yarusda toxumun tam dolması dövründə, çoxillik otlarda isə çiçəkləmə fazasında baş verir. Sonra
yarpaq səthi sürətlə aşağı enməyə başlayır. Bu vaxt maddələrin vegetativ
orqanlardan generativ
orqanlara yenidən paylanması və axması üstünlük təşkil edir.
Шякил 2. Веэетасийа дюврцнцн узунлуьу 100 вя 120
эцн олан бириллик биткилярин якинляриндя
оптимал йарпаг сятщи.
Yarpa
q
sət
hi,
min m
2
/ha
Cücərtilərin əmələ gəlmə vaxtı, gün
FP=2.2 mln m
2
*gün/ha
FP=3.0 mln m
2
*gün/ha
35
Bu dövrlərin uzunluğuna və onların nisbətinə müxtəlif amillər, o cümlədən aqrotexniki, təsir
edir. Onların köməyi ilə yarpaq səthinin artması və dövrün uzanmasını tənzimləmək olar. Quraqlıq
şəraitdə bitki sıxlığını, və nəticə etibarilə yarpaq səthini bilərəkdən aşağı salırlar, belə ki, yarpaq
səthi böyük olduqda tiranspirasiya güclənir, nəmlik çatışmazlığından bitki son dərəcə əziyyət çəkir,
məhsuldarlıq azalır.
Kifayət qədər su ilə təmin edilmə zamanı yarpaq səthinin həddindən artıq çoxalması həmçinin
arzu olunmayan nəticələrə gətirib çıxarır. Bu halda biokütlə vegetativ orqanların hesabına kifayət
qədər yüksək sürətlə artır, lakin meyvələrin və toxumun formalaşması pisləşir.
Bu cür nəticələr
bitkinin hədsiz qəlizləşməsinə gətirib çıxara bilər. Yem bitkiləri üçün, yarpaqlar təsərrüfat
əhəmiyyətli məhsulun dəyərli hissəsini təmsil edir, hansı ki, yarpaq səthi 60-80 min m
2
/ha çata
bilər.
Beləliklə, yüksək məhsulun əldə edilməsi yarpaq səthinin artmasının
optimal gedişindən
asılıdır. Belə qrafiklər hər bir bitki və sort üçün onların konkret becərilmə şəraitində müəyyən edilə
bilər.
Məhsulun formalaşması yalnız yarpaq səthinin böyüklüyündən deyil, lakin onun fəaliyyət
müddətindən asılıdır. Bu göstəriciləri fotosintetik potensialı (FP) birləşdirir. Fotosintetik potensial
dövrün hər hansı müddətində, məsələn ongünlük ərzində, fazalararası dövrlərdə yaxud bütövlüklə
vegetasiya müddəti ərzində müəyyən edilə bilər. FP hər hansı bir dövrün hər günündə yarpaq
səthinin böyüklüyünün yekununu təmsil edir. Əgər yarpaq səthi dövrün başlanğıcında 20 min
m
2
/ha, lakin 10 gündən sonra 28 min m
2
/ha təşkil edirsə, onda FP bu 10 günlük dövrdə (20 + 28) : 2
· 10 = 240 min m
2
· gün/ha-dan ibarət olacaqdır. FP vegetasiya dövrü 110-120 gün təşkil edən yaxşı
inkişaf etmiş dənli bitkilər əkinlərində vegetasiya müddətində 2,0-2,5 milyon m
2
· gün/ha təşkil edir.
Su ilə yaxşı təmin olunmuş və vegetasiya dövrü uzun olan bitkilər üçün FP 4 milyon m
2
· gün/ha
təşkil edə bilər.
Bir sutkada 1 m
2
yarpaq səthinin sintez etdiyi bitkinin quru kütləsinin qramlarla miqdarı
əkinlərin fotosintez intensivliyini xarakterizə edən və özündə əks etdirdiyi
fotosintezin xalis
məhsuldarlığıdır (FXM). Buğda və arpa kimi bitkilərdə vegetasiya müddətində orta hesabla
fotosintezin xalis məhsuldarlığı, 5-7 q/(m
2
· gün) təşkil edir. Adətən FXM qarğıdalıda yüksəkdir.
Fotosintezin xalis məhsuldarlığı və eləcədə fotosintetik potensial kimi hər hansı bir dövrdə yaxud
orta hesabla vegetasiya müddətində müəyyən edilir:
Dostları ilə paylaş: