Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə321/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   317   318   319   320   321   322   323   324   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Unlu şeh
Bu xəstəlik törədicisi
 
yarpaği, gövdə və paxlaları zədələyir. Xəstəlik güclü inkişaf 
etmiş olarsa xaşanın toxum məhsulu 50%-ə qədər azalır.
Pas xəstəliyi.
Yarpaq, gövdə, çiçək və paxlaları zədələyir. Əsasən erkən inkişaf dövründə 
qorxuludur. Bu xəstəlik bir neçə illik (köhnə əkin) əkinlərdə daha tez inkişaf etdiyindən, quru ot və 
xüsusən toxum məhsulu aşağı düşür. 
Fuzarioz.
Bitki xəstəliyə güclü tutulduqda yarpaqlar tökülür, gövdələr tünd darçını rəng alır. 
Göbələyin bəzi növləri bitkinin kökünü zədələyir, nəticədə çürümə prosesi baş verir. Bu göbələk 
əhəmiyyətli dərəcədə inkişaf etdikdə bitkiləri kütləvi surətdə məhv edir. 
Mübarizə tədbirləri
– Növbəli əkinin tətbiqi, əkin üçün sağlam və zədələnməmiş toxumlar 
seçmək, təzə tarlaları köhnələrdən aralı seçməli və yeni xəstəliyə davamlı sortlardan istifadə etmək.
Xaşa toxumyeyəni – 
paxla və toxumları 30-50% -ə qədər zədələyir.
Xaşa evritoması 
– toxumun yumşaq yerinə yumurta qoyur. Yumurtadan əmələ gələn sürfələr 
toxumun içərisini yeyirlər.
Mübarizə tədbirləri
– toxumun diqqətlə təmizlənməsi və zədəli toxumların yandırılması. 
Xaşanın toxumları xaşa çiçəkyeyəni və xaşa tripsi ilə zədələndikdə kimyəvi preparatlardan istifadə 
edilir.
Məhsulun yığılması – 
Xaşa ot üçün qönçələmə fazasında və çiçəkləmənin başlanğıcında 
biçilir. Biçin torpaq səthindən 6 sm hündürlükdə aparılır. Növbəti biçin 8-10 sm hündürlüyündə 


280 
həyata keçirilir. Bu zaman qışlama qabağı plastik kütlənin toplanması və qışda qarın saxlanmasına, 
növbəti ilin yazında xaşanın daha yaxşı inkişafına səbəb olur. Digər yığım texnologiyaları yoncada 
olduğu kimidir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin