284
olar. Bunun üçün bir hektar toxumluq sahəyə 4-6 arı ailəsi tələb olunur. Qarşılıqlı tozlanmanı təmin
edilmək üçün onlar 500-600 metrlik məsafədə yerləşdirilir.
Öyrədilmiş (təlim) arılar mayalanmanın intensivliyini yüksəldirlər.
Çiçəkləmə dövründə
səhərlər hər bir arı ailəsinin yanına üçyarpaq çiçəyinin cövhərindən hazırlanmış 100 qr şəkər şirəsi
qoyulur. Bir litr qaynanmış suda 1 kq şəkər həll edilir, şirəni soyudur və onun içərisinə şirənin
həcminin ¼ qədər təzə çiçək dəstəsi salınır. İki saatdan sonra şirə üçyarpaq çiçəyinin ətrini alır və
istifadə üçün hazır olur. Öyrədilmiş arıların üçyarpaq çiçəklərinə gəlmələri 14
dəfə güclənir və
toxum məhsuldarlığı 2-4 dəfə artır.
Üçyarpaq toxum üçün başcıqlar 90-95% qonurlaşdıqda kombaynla birbaşa yığılır. Başcıqların
75-80%-i qonurlaşdıqda hektara 3-4 kq hesabı ilə əkinlərin qabaqcadan
reqlonla
desikasiya
edilməsi toxum məhsulunu aşağı salmadan yetişməni tezləşdirir.
Reqlonla
desikasiya edildikdən 5-7
gün sonra kombaynla birbaşa yığım aparılır. Toxumluq sahələr bir bərabərdə yetişmədikdə yığım
hissə-hissə aparılır.
Dostları ilə paylaş: