Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə330/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   326   327   328   329   330   331   332   333   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Növbəli əkində yeri.
Xəşəmbül üçün başdan-başa becərilən (kartof, çuğundur, qarğıdalı və s.) 
bitkilər ən yaxşı sələflərdilər. Ancaq o tələbkar bitki olmadığına görə onu müxtəlif sələflərdən sonra 
becərmək mümkündür. 
Gübrələmə sistemi.
Dənli taxıl bitkilərinə nisbətən xəşəmbül torpaqdan daha çox, kalsium -3-
5 dəfə, kalium -2-3, fosfor -1,5-2,5 dəfə artıq istifadə edir. Bir ton quru otun formalaşması üçün o 
torpaqdan 3,0-3,5 kq fosfor, 30-24 kq kalium və 15-16 kq kalsium aparır.
Tövsiyə olunur ki, xəşəmbül əkinlərinin hər hektarına 300-400 kq superfosfat və 150-200 kq 
kalium duzu verilsin. Gübrə ya örtük bitkisi altına yaxud onun yığımından sonra yayın axırında 
verilir.
Torpağın becərilməsi.
Xəşəmbül əksər hallarda hər hansı bir örtük bitkisi altına səpilir. Ona 
görə də torpağın becərilməsi onun üçün qəbul olunmuş texnologiya əsasında həyata keçirilir. 
Səpin.
Xəşəmbülün uzun illər cücərmə qabiliyyətini saxlayan çoxlu miqdarda bərk toxumları 
olur ki, bunlar səpilən ili cücərti vermirlər. Bu toxum qılafının daha sıx olmasından asılıdır ki, 
suyun endosperma daxil olmasını buraxmır. Onu pozmaq üçün toxum cızma (skarifikasiya) üsulu 
ilə hazırlanır. Bu xüsusi maşından skarifikatordan (yonca doğrayan) 1-2 dəfə keçirməklə yerinə 
yetirilir.
Səpindən qabaq toxumlar diqqətlə təmizlənərək tələbata cavab verməlidir. Səpin norması 
hektara 20-25 kq-dır, toxumun basdırılma dərinliyi isə 3 sm-ə qədərdir. Xəşəmbül yazlıq dənli taxıl 
bitkiləri ilə eyni vaxtda, seyrək hallarda örtük bitkisində 2-4 yapaq əmələ gəldikdə səpilir.
Əkinlərə qulluq.
Örtük bitkisi yetişən kimi o təcili olaraq yığılır, küləş isə sahədən çıxarılır. 
Bu iş nə qədər tez başa çatsa payızdan bitkinin
kök boğazcığında bir o qədər çox yeni gözcüklər 
əmələ gəlir,
quru ot məhsulu yaxud həyatının ikinci ili toxum məhsulu yüksək olur. Örtük bitkisi 
yığıldıqdan sonra zəruri hallarda mineral gübrə verilir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin