Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə331/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   327   328   329   330   331   332   333   334   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması.
Quru ot üçün xəşəmbül qönçələmə fazasında və ya çiçəkləmənin 
başlanğıcında yığılır. Biçin torpaq səthindən 15-18 sm hündürlükdən aparılır. Belə biçildikdə yaşıl 
kütlənin yaxşı və tez qurumasına imkan yaranır, yığım zamanı itki azalır və xəşəmbülün yaxşı 
zoğlaması (cücərmə) təmin olunur.
Xəşəmbülün toxumunu birinci yaxud ikinci biçindən götürmək mümkündür. Toxumluq 
sahədə paxlaların 1/3 saraldıqda biçinə başlanılır 2/3 qonurlaşdıqdan gec olmayaraq biçin başa 


287 
çatdırılır. Kütlə quruduqdan sonra kombaynla döyülür. Təmizlənmiş toxumun nəmliyi 15%-ə 
çatdırılır və uzun müddət saxlanılan yerə tökülür. Məhsuldarlığı hektardan 10-11 sentnerə çatır. 
Xəşəmbülün yaşıl gübrə üçün becərilməsi. 
Xəşəmbülü siderat bitki kimi becərmək olar. Bu 
bitki şoran torpaqlarda da yaxşı bitir. Aqrotexnikası sadədir. Yaşıl kütlənin torpağa çevrilmə 
müddəti becərildiyi bölgədən asılıdır. Soyuq ərazilərdə iyun-iyul aylarında torpağa basdırılır, yayı 
uzun müddət davam edən bölgələrdə ikinci biçinin yaşıl kütləsi (birinci biçin quru ot yaxud senaj 
hazırlamaq üçün istifadə olunur) torpağa basdırılır. Yaşıl kütlə qranulometrik tərkibi ağır olan 
torpaqlarda 13-15 sm, yüngül və orta torpaqlarda isə 16-18 sm dərinliyə basdırılır.
Şorlaşmış torpaqlarda şum laydırsız kotanla aparılır. Adətən şoran torpaqlar alaqlarla az 
zibillənir, ona görə də burada xəşəmbülün erkən yazda örtüksüz səpini aparılır. Başdan-başa üsulda 
səpin norması hektara 20-25 kq-dır. 
 
 
22.1.7. Buynuzşəkilli qurdotu
Əhəmiyyəti və yayılması.
Qurdotu daha yaxşı yem otlarına aiddir. Qidalılığına görə onun 
quru otu üçyarpağı ötüb keçir. Quru kütləsində proteinin miqdarı çox vaxt 22%-ə çatır. Qurdotu 
əlverişsiz hava şəraitinə yüksək davamlılığı və uzun ömürlü olması ilə fərqlənir. Müxtəlif ərazilərdə 
becərilməsi mümkündür. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin