Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə334/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   330   331   332   333   334   335   336   337   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri.
Çəpişotu paxlalılar – 
Fabaceae 
fəsiləsindən – 
Galega L.
cinsinə aid çoxillik 
bitkidir. Bu cinsin 8 növü vardır. Onlara Cənubi Avropa və Şərqi Asiyada təsadüf olunur. Qafqazda 
əsasən iki növü, şərq (
G. orientalis Lam.
) və dərman (
G. officinalis L.
) çəpişotu yayılmışdır. Hər iki 
növ yemlik əhəmiyyətinə malikdir. Şərq çəpişotu daha qiymətlidir, belə ki, dərman çəpişotundan 
fərqli olaraq onun tərkibində alkaloidlər yoxdur. 


289 
Şərq çəpişotu çoxillik otvari bitkidir. Güclü kök sistemi torpağın 50-80 sm dərinliyinə işləyir. 
Mil kökdən və çoxlu miqdarda şaxələnmiş yan köklərdən 
əlavə üzərində yumurcuq bakteriyaları olan sıx şəbəkəli 
kökcüklərlə örtülüdür. Mil kökün kök boğazcığında 3-4 ədəd 
qışlayan gözcüklər, ondan aşağıda və yan köklərdə kök zoğları 
əmələ gəlir. Kök zoğları və qışlayan tumurcuqlar hər il 
vegetativ hissəni təzələyirlər. Əsas mil kökün üzərində 7 sm 
dərinlikdə 2-18-ə qədər kökümsov gövdəli kök əmələ gəlir. 
Onlar üfüqi vəziyyətdə ətrafa 30 sm və artıq yayılır, sonra isə 
torpağın səthinə çıxaraq gövdə əmələ gətirirlər. Çəpişotunun 
bu, vegetativ çoxalma qabiliyyəti illərlə onun ot durumunu 
nəinki seyrəldir, əksinə sıxlaşdırır.
Çəpişotu 10-18 gövdəli, hündürlüyü 150 sm, gövdəsi 
dikdayanan, içərisi boş, boruşəkilli, yaxşı yarpaqlanan güclü 
kol əmələ gətirir. 1 m
2
-də 120-yə qədər gövdə bitir. Hər 
gövdədə 7-14 buğumarası olur, yuxarı hissədə budaqlanandır. 
Yarpaqları mürəkkəb, təklələkşəkilli, uzunluğu 14-25 sm, hər 
bir yarpaq 9-15 ədəd iri yumurtavarı yaxud uzunsov-
yumurtavarı 
yarpaqcıqlardan 
ibarətdir. 
Yarpaqcıqların 
uzunluğu 4-8 sm, eni 2-5 sm-dir. Torlu yarpaq ayası 
damarlıdır, qıraqları xırda tükcüklərlə örtülüdür. Yarpaqcığın 
yuxarı hissəsi uzunluğu 0,5-1,0 mm olan kiçik çıxıntılara 
malikdir. Aşağı yarpaqların saplaqlarının uzunluğu 3-16 sm, 
yuxarı yarpaqlarınkı isə 1-6 sm-dir. Quruyan zaman yarpaqlar 
tökülmür, quru ot tədarükü üçün bu çox əhəmiyyətlidir.
Çəpişotunun (keçiotu) hamaşçiçəyi hər bir budaqda 
uzunluğu 15-20 sm salxım olan 3-4 ədəddir – çiçək 
salxımında 25-50 ədəd göy-bənövşəyi (bəzən ağ) rəngli iri 
çiçəklər vardır. Onların miqdarı təsərrüfat ilindən və becərilmə texnologiyasından asılıdır. Bol 
çiçəkləmə 18-25 gün davam edir. Meyvəsi 3-7 toxumlu paxladır, yonca və üçyarpağa nisbətən 
əhəmiyyətli dərəcədə iridir. Toxumları böyrəkşəkilli sarımtıl-yaşılımtıl yaxud sarı rənglidir, uzun 
müddət saxladıqda açıq-darçını, sonra isə tünd-darçını rəng alır. 1000 ədəd toxumun kütləsi 5,5-9,0 
qramdır. Çəpişotunda bərk toxumluluq 50-98% təşkil edir, onların miqdarının çox olması quraqlıq 
keçən illərdə müşahidə edilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin