Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə341/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   337   338   339   340   341   342   343   344   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012


Belə halda kartof və kökümeyvəlilərdən sonra yaxşı gübrə və peyin verilmiş tarlaya səpilir, yaxud 
xüsusi növbəli əkində yerləşdirilir.
 
 
 


294 
Torpağın becərilməsi.
Çəmən pişikquyruğunun toxumları çox xırda, cavan cücərtilərin 
inkişafı yavaş getdiyinə görə torpağın ciddi hazırlanmasına tələbkardır. Toxumlar, alaq otlarından 
təmiz, məsaməli və səthi düz olan torpağa 0,5-1,0 sm dərinliyində basdırılır. Kövşənlik üzlənir və 
payız şumu aparılır. Erkən yazda malalama ilə yanaşı kultivasiya çəkilərək torpağın üzərini xüsusi 
alətlərlə hamarlayırlar və sonra çəmən pişikquyruğunu yazlıq taxıllar altına örtük bitkisi kimi 
səpirlər. Eyni zamanda son illərdə taxıl otlarının yay əkinlərinin örtüksüz bitki kimi becərilməsi 
geniş tətbiq olunur.
Gübrələmə. 
Mineral gübrələrin əsas hissəsini çəmən pişikquyruğu kollanma və borulaşma 
dövründə mənimsəyir. Alaqlanmanın qarşısını almaq üçün yaxşı olar ki, çəmən pişikquyruğunun 
sələfi altına 30-40 ton peyin verilsin. Azot gübrəsinə tələbkar bitkidir. Gübrə verilmədən hektardan 
2 sentner toxum alınır, lakin hektara 40 ton peyin verildikdə məhsuldarlıq hektardan 10 sentner 











295 
olmuşdur, hektara 90 kq azot verdikdə isə məhsuldarlıq 3 sen-dən 5 sen-ə qədər yüksəlir. 
Səpin. 
Gencərgəli səpinlərdə çəmən pişikquyruğunun səpin norması hektara 4-5 kq, adi 
cərgəvidə isə 8-10 kq-dır. Yonca və üçyarpaqla qarışıq əkinlərində onu hektara 4-6 kq səpirlər. 
Əkinlərə qulluq
. Əkinlərə ən çox alaq otları zərər vurur. Ən qorxulu dövr səpindən 1,5-2,0 
ay keçənə qədərdir. Çıxışlar alındıqdan sonra 
birinci cərgəarası becərmə aparılır. İkinci 
cərgəarası becərmələr alaq otları göründükdə 
aparılır. Lazım gəldikdə üçüncü becərməni də 
aparmaq mümkündür. Erkən yazda toxumluq 
sahələrə gübrə verilərək iki iz malalanır. Alaq 
otlarına qarşı mübarizə məqsədi ilə hektara 0,4-
0,8 kq 2,4-D (butil efiri) herbisidi 2-3 yarpaq 
əmələ gəldikdə və borulaşma dövrünə qədər 
çilənir.
Məhsul yığımı.
Məhsul tam yetişkənlik 
dövründə birbaşa kombaynla, mum yetişkənlik 
dövründə isə hissə-hissə yığılır. Kombaynla 
yığılmış ot toxumu adətən çox zibillənmiş və 
hədsiz nəmli olur. Yığılmış toxum sərilərək 
çevrilir, 
quruduqdan 
sonra 
sort 
ayıran 
maşınlarda çeşidlənir və kisələrə doldurulur. 
Toxumun nəmliyi 15%-dən artıq olmamalıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin