304
habelə becərilən bölgədən asılı olaraq dəyişir. Səpin norması suvarılan
zonalarda az, dəmyə
yerlərdə nisbətən çox götürülür. Hektara 70-100 kq toxum səpilir. Toxum 3-4 sm dərinliyə
basdırılır. Vegetasiya müddətində 2-3 dəfə suvarılır. Fosfor gübrəsinə tələbatı daha çoxdur. Bitkini
qönçələmə fazasında iki dəfə gübrələmək məsləhət görülür.
Yaşıl ot üçün qönçələmə və çiçəkləmə fazasının başlanğıcında biçilir. Payızlıq gülül nisbətən
quraqlığa davamlıdır. Quraqlıq bölgələrdə qışqabağı səpinlərdə yaxşı bitir.
Payızlıq
gülülü arpa, vələmir və çovdarla qarışıq əkdikdə məhsuldarlıq artır və yemin
keyfiyyəti yüksəlir. Səpin norması hektara 100 kq gülül və 60 kq payızlıq çovdar toxumu götürülür.
Yazda gülülün vələmirlə qarışıq əkinlərində səpin norması hektara 120 kq gülül və 80 kq
vələmir toxumu götürülür.
Gülül yaşıl yem üçün çovdarla qarışıq, yaxud payızlıqların yığımından
sonra kövşənliyə
səpilir. Payız isti və uzun müddət davam etdikdə, habelə kifayət qədər nəmlik düşdükdə kövşənlik
əkinləri qənaətbəxş nəticələr verir.
Bu bitkini
toxum məqsədi
ilə becərdikdə yaxşı olar ki, yemçilik, tərəvəzçilik və fermayanı
növbəli əkinlərdə yerləşdirilsin. Məqsəd dənli taxıl bitkiləri cücərtilərinin əkinləri zibilləməsindən
qaçmaqdır.
Pırpızlı gülül toxum üçün payızlıq buğda biçilən zaman yığılır. Adətən bu müddətdə gülülün
yetişmiş paxlalarının miqdarı 75-80%-ə çatır. Yığım kombaynla birbaşa
yaxud hissə-hissə üsulla
aparılır. Yığımdan sonra gülülün toxumu buğda toxumlarından kifayət qədər asan ayrılır. Zəruri
hallarda toxum qurudulur və uzun müddətli saxlanılan yerə daşınır (yığılır).
Dostları ilə paylaş: