Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə357/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   353   354   355   356   357   358   359   360   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Al-qırmızı üçyarpaq
(Trifolium incarnatum L.
– birillik bitkidir. Mil kök və çoxlu 
miqdarda yan köklərdən ibarətdir. Gövdəsi qüvvəli, qalın və yumşaq tüklüdür. Yarpaqları iridir. 
Hamaşçiçəyi silindir formalı başcıqdır. Süpürgənin çiçəkləri parlaq qırmızı rəngə boyanmışdır.
Al-qırmızı üçyarpaq istilik və nəmlik sevən bitkidir, havalanması yaxşı olan torpaqlar onun 
üçün üstünlük təşkil edir. Yaz nəmişli keçdikdə tez boy atır və inkişaf edir. Bitkinin hündürlüyü 50-
60 sm-dir. Qafqaz respublikalarında suvarma şəraitində hektardan 50 sentner quru ot və 3-5 sentner 
toxum məhsulu verir. Hər şeydən əvvəl bağçılıqda sideral bitki qismində becərilməsi mümkündür.
Al-qırmızı üçyarpaq yazda örtüksüz bitki kimi səpilir. Yem məqsədi ilə becərildikdə səpin 
norması hektara 30-35 kq, toxum üçün isə 20-25 kq götürülür.
Bu üçyarpaq adətən bir biçin verir. Toxum üçün başcıqlar qonurlaşdıqda kombaynla yığılır. 
Aleksandr üçyarpağı (Trifolium alexandrinum L.)
– kifayət qədər yaxşı inkişaf etmiş kök 
sisteminə malik birillik bitkidir. Gövdəsinin hündürlüyü 25-60 sm, düz dayanan, budaqlanandır. 
Hamaşçiçəyin başcığı girdə-silindirvari formalıdır. Çiçəkləri sarımtıl-ağdır. Toxumun 1000 
ədədinin kütləsi 2,5-3,0 qramdır. Vegetasiya müddətinin uzunluğu 90-120 gündür. 
Aleksandr üçyarpağının səpini payızda yaxud erkən yazda aparılır. Səpin norması hektara 15-
18 kq-dır. Toxumun basdırılma dərinliyi 2 sm-ə qədərdir. 2-3 biçin verir. Yaşıl kütlə məhsuldarlığı 
hektardan 120 sentnerə çatır. Bütün növ heyvanlar yaşıl kütləsini və quru otunu yaxşı yeyirlər. 
Zaqafqaziya və Orta Asiya respublikalarında yaxşı bitir.
 


307 
22.3.6. Çölnoxudu 
Əhəmiyyəti.
Çölnoxudunun yaşıl kütləsi yaxud quru otunda çoxlu miqdarda (mütləq quru 
kütləyə görə 23,6 və 18,5%) protein vardır. Onun toxumunda proteinin miqdarı 21,9%-dir. Bir kq 
toxumunda 18 qram lizin, çoxlu metionin, sistein və triptofan vardır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin