Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Botaniki təsviri və bioloji xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə358/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   354   355   356   357   358   359   360   361   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Çölnoxudu 
(Pisum arvense L.)
payızlıq yaxud 
birillik bitkidir. Mil kök sistemi var. Kökün görünüşü boz, sarımtıl, boğaz hissəsində qalınlığı 1,2 
sm, orta dərəcədə yumşaqdır. Kökü torpağın 50-70 sm dərinliyinə, ətrafa isə 20-30 sm-ə qədər 
yayılır. Bitkinin hündürlüyü 100 sm-ə çatır. Gövdəsi nazik və qaba olur. Gövdənin orta hündürlüyü 
50-90 sm-dir. Gövdənin əsasında diametri 1,2-1,8 sm-ə çatır. Az miqdarda tüklü, yarımkoldur, orta 
dərəcədə suludur. Bir bitkidə 8-11 gövdə, hər gövdədə 8-26 buğumarası olur. Gövdənin rəngi boz-
narıncıya çalır. Yarpaqları lələkşəkillidir. Yarpaqları orta sıxlıqda, tünd-yaşıl rəngli, aşağı səthi qısa 
tüklərlə örtülüdür. Orta dərəcədə budaqlanır və yarpaq əmələ gətirir. Yapaqyanlıqları ensiz diş-
dişdir, əsasən qırmızı rənglidir. Yerə yatmağa meyllidir. Çiçəkləri yarpaq qoltuğunda yerləşir. 
Çiçək süpürgəsi bənövşəyi-qırmızıdır. Meyvəsi çoxtoxumlu paxladır. Paxlası iy şəkilli nəhayəti 
əyilmiş vəziyyətdədir, eni 0,4-1 sm, uzunluğu 4-5 sm-dir. Qısa, şişkin, qabarıq şəkildə olan 
paxlaların dimdiyi çox qısa olur. Toxumu girdə-bucaqlı, sığallı, kiçik çökəkliklərdən ibarətdir. 
Toxumun rəngi boz, qonur, bəzən qara olur. 1000 ədəd toxumun kütləsi 150-170 qramdır.
Toxumlar 1-2 
0
C temperaturda cücərir. Cücərtilər -6 
0
C şaxtalara yaxşı dözür.
Nəmlik sevən bitkidir. Nəmliyə daha çox tələbatı qönçələmə dövründən kütləvi çiçəkləmə 
dövrünə qədərdir. Bu uzun gün bitkisidir.
Torpağa o qədər də tələbkar deyildir, lakin nəmli və bataqlı torpaqlarda bitmir. Digər paxlalı 
bitkilər kimi o fosfor və kalium gübrələrinin verilməsinə tələbkardır. 
Vegetasiya müddəti toxumluq bitkilərdən sonra səpildikdə 85 gündən 100 günə, yaşıl kütlə 
yaxud quru ot üçün isə 45 gündən 55 günə qədərdir.
Becərilmə texnologiyası.
Çölnoxudunu başdan - başa becərilən və dənli taxıl bitkilərindən 
sonra məşğullu herik bitkisi kimi səpirlər. Bu bitki dənli taxıl, kartof və digər bitkilər üçün yaxşı 
sələfdir. Herik tarlasına çölnoxudu əkməzdən qabaq 30-40 ton peyin verilməsi yaşıl kütlə 
məhsulunu hektardan 50 sentner və daha çox artırır. Məsləhət görülür ki, payızdan hektara 
təxminən 60 kq fosfor-kalium gübrəsi verilsin. 
Çölnoxudunun səpin norması hektara 220 kq-dır. Vələmirlə qarışıq əkinində yaşıl yem və 
quru ot üçün hektara 140-160 kq (1 mln. ədəd) və vələmir toxumluq bitki üçün 50-60 kq. Toxum 
məqsədi ilə səpinin erkən aparılması zəruridir, lakin yaşıl yem məqsədi ilə becərdikdə 2-3 müddətə 
15-20 günlük fasilələrlə aparılması məsləhətdir. Toxumun basdırılma dərinliyi 3-4 sm-dir. 
Ot qarışığı yem məqsədi ilə istifadə olunduqda biçin çiçəkləmə fazasının başlanğıcında, quru 
ot üçün çiçəkləmədən on gün sonra, toxum məqsədilə isə paxlaların 75-80%-i yetişdikdə həyata 
keçirilir.
Çölnoxudunu kövşənlik əkinlərdə istifadə etdikdə əsas bitkinin məhsulu yığıldıqdan sonra 
torpaq sürətlə becərilməli və ot qarışığı səpilməlidir. Kövşənlik əkinlərin (çölnoxudu + vələmir) 
qarışığı hektardan 120-160 sentner yaşıl kütlə məhsulu verir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin