308
Tədqiqatlarla
müəyyən edilmişdir ki, kövşənlik əkinlərində suvarılan rayonlarda Sudan otu
uzun müddət hektardan 250-280 sentner yaşıl kütlə məhsulu vermişdir.
Sudan otunun quru otunda 9-10% zülal var. Bir kq. yaşıl kütləsində 65-80 mq karotin olur.
Proteinin həzm olunma əmsalı 60,8%, yağ - 45,7%, azotsuz ekstraktiv maddələr -73,4%, sellüloza -
69,1% - dir. Sudan otu heyvanlar üçün yaxşı yemdir. Vətəni Sudan ölkəsidir.
Botaniki təsviri.
Sudan otu
(Sorghum sudanense Pers.)
güclü
inkişaf etmiş, saçaqlı kök
sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir.
Sudan otunun aşağı gövdə buğumlarından 6-8 sm uzunluğunda dayaq,
yaxud hava kökləri əmələ
gəlir.
Gövdəsi silindir şəkilli,
içərisi məsaməli
ağ parenxim hüceyrələrlə doludur. Gövdədə
buğumaralarının miqdarı sortdan və sortun
vegetasiya müddətinin yzynluğundan asılıdır.
Gövdənin hündürlüyü 0,8 m-dən 3
m-ə qədər
olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası
olur.
Ümumi kollanmasına görə sudan otu üç
qrupa bölünür.
-
zəif kollanan - 12 ədədə qədər budaq
əmələ gətirən,
-
orta dərəcədə kollanan -12-25-ə
qədər budaq əmələ gətirən,
-
şiddətli kollanan - 25-dən yuxarı
budaq əmələ gətirən.
Kolun formasına
görə Sudan otu
dikduran, zəif dağınıq, dağınıq, yarıməyilmiş
və əyilmiş formalara bölünür. Ən çox yayılan formalar dikduran və zəif dağılandır.
Yarpaq, yarpaq ayası və yarpaq səthindən ibarətdir. Yarpaq səthi geniş şırımlı, çılpaq, düz,
kənarları girintili-çıxıntılı və uzunluğu 60 sm-ə qədərdir. Yemlik münasibətinə görə daha artıq
inkişaf etmiş orta yarus yarpaqları çox qiymətlidir. Yarpaqlanma dərəcəsinə görə Sudan otu 3 qrupa
ayrılır.
1.
Zəif yarpaqlanma – əsas gövdədə 6-ya qədər yarpaq olur.
2.
Orta dərəcədə yarpaqlanma – əsas gövdədə yarpaqların miqdarı 6-9 ədəd.
3.
Yaxşı yarpaqlanma – yarpaqların miqdarı 9 ədəddən yuxarı.
Hamaşçiçəyi çoxsünbüllü süpürgədir. Süpürgənin uzunluğu 40 sm-ə çatır. Sünbülcüklər süpürgənin
nəhayətində yerləşir.
Meyvəsi sünbülcük pulcuğuna kip bağlanmış dəndir. Sorqodan fərqli olaraq təpə dənmeyvə
xaricə çıxmır. Hər süpürgədən 4-5 qram dən alınır. Dənin mütləq kütləsi 10-15
qram və daha
artıqdır.
Dostları ilə paylaş: