Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə363/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   359   360   361   362   363   364   365   366   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

22.4.2. Moqar 
 
Əhəmiyyəti.
Moqarın quraqlığa davamlılığı, istiliyə və torpağa tələbi Sudan otuna nisbətən 
azdır. Tez yetişməsi və yaxşı məhsul verməsinə görə Moqarı çox yerlərdə becərmək mümkündür. 
Moqarın quru otunda 7-8% zülal, 26,8% sellüloza, 51,3% azotsuz ekstraktiv maddələr, 6,7% kül 
elementləri və toxumunda 14,3% protein vardır. Moqar qiymətli yem bitkisidir. 
Moqar Zaqafqaziya və Orta Asiya respublikalarında çox becərilir. Şabalıdı və açıq-şabalıdı 
torpaqlarda Moqar quru ot məhsuluna görə Sudan otunu ötüb keçir. Nəmlik çox düşən qara 
torpaqlarda moqar quru ot məhsuluna görə Sudan otunu 2 dəfə ötüb keçir. 
Moqar Azərbaycanın dağətəyi - düzənlik, dağətəyi-çöl, alçaq dağlıq və orta dağlıq 
ərazilərində 1956-cı ildən becərilməyə başlanmışdır.
Botaniki təsviri.
Moqarın 
(Setaria İtalica ssp. mocharium Allf)
saçaqlı kök sistemi torpağın 
1,5 m dərinliyinə işləyir. Kök kütləsinin əsas hissəsi torpağın əkin qatında yerləşir. Gövdəsi 
silindrvarı, tiftiklidir, yetişmə müddətindən asılı olaraq buğumaralarının miqdarı 4-5 ədəddən 12-16 
ədədə qədərdir. Gecyetişən sortların gövdələrində buğumaralarının miqdarı çoxdur. Bir kolda 
gövdələrin miqdarı 2-7-yə qədərdir. Yarpaqların uzunluğu 45-50 sm-ə çatır. Sünbülləmənin 
başlanğıcında yığım zamanı yarpaqların kütləsi ümumi məhsulun 45-55%-ni təşkil edir. 
Hamaşçiçəyi sünbülşəkilli süpürgədir (yalançı sünbüldür). Sünbülcüyü birçiçəklidir. Meyvəsi çiçək 
pulcuğuna möhkəm yapışmış dəndir. Dənin mütləq kütləsi 1,5-3,4 qramdır. 
Bioloji xüsusiyyətləri.
Moqarın toxumları 10 
0
C temperaturda cücərməyə başlayır. 
Toxumların cücərməsi üçün optimal temperatur 20 
0
C-dir. Cücərtilər günəşdən güclü əziyyət 
çəkirlər. Səhər şaxtaları cücərtilərə öldürücü təsir göstərir. Quraqlığa davamlıdır. Nəmlik 
çatmadıqda inkişaf dayanır. Bitkinin rüşeym kökü olduğundan uzun müddət inkişafsız qala bilir və 
yağışlar yağdıqdan sonra yaxşı məhsul vermək qabiliyyətinə malikdir. Transpirasiya əmsalının cəmi 
300-dür. Torpağın optimal nəmliyi tarla rütubət tutumunun ən az 60-70% həddində olması əlverişli 
hesab edilir. 
Sudan otuna nisbətən Moqar torpağa az tələbkardır. Moqar qumlu, qumsal və ağır gillicəli 
torpaqlarda yaxşı bitir. Bu bitki digər darıya bənzər bitkilər kimi alaqlardan təmiz torpaqlara 
yüksək tələbat göstərir. 
Moqar xüsusən azot gübrəsi verilməsinə yaxşı reaksiya göstərir. Bir ton quru ot məhsulu ilə 
torpaqdan 17-20 kq azot, 4-5 kq fosfor və 15-17 kq kalium elementi aparır. Cücərtilər alındıqdan 
17-25 gün sonra kollanma fazası başlayır. Quru maddə və zülal toplanması süpürgələmənin 
başlanğıcı və çiçəklənmənin əvvəlində intensiv gedir. Vegetasiya müddəti sortdan və becərilmə 
şəraitindən asılı olaraq 90-130 gün arasında dəyişir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   359   360   361   362   363   364   365   366   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin