Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Botaniki və bioloji xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə365/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   361   362   363   364   365   366   367   368   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki və bioloji xüsusiyyətləri.
Birillik qaramuq 
(Lolium multiflorum Lam. var. 
westervoldicum)
çoxçalımlı çoxillik qaramuqun növmüxtəlifliyidir və seyrəkkollu taxıllara aiddir.
Yaxşı budaqlanan kök sistemi saçaqlıdır, ayrı-ayrı kökləri torpağın 95 sm dərinliyinə işləyir. 
Kökün əsas hissəsi (87%) şum qatında yerləşir, bununla belə 69%-i torpağın üst qatının (0-10 sm) 
payına düşür. Gövdəsi nazik, hündürlüyü 50-60 sm və 90 sm-ə qədər olur. Hər biçindən sonra kök 
sisteminin yerüstü kütləsi canlı qalır, təzə yerüstü zoğlar əmələ gətirir, onlar da öz növbəsində kök 
sistemini formalaşdırırlar. Vegetasiya dövrünün sonuna bitkinin kök kütləsi əhəmiyyətli dərəcədə 
artır.
Kollanması yüksəkdir, əlverişli nəmlənmə və böyük qida sahəsi şəraitində 200 ədəddən çox 
cavan budaq (zoğ) əmələ gətirir. Kollanma 3-4 yarpaq əmələ gəldikdən sonra başlayır. Yarpaqları 
xətvaridir, aşağı tərəfi parıltılı, üst tərəfi yüngülvari kələ-kötürdür. Yarpaqlanması yüksəkdir (54%). 
Hamaşçiçəyi yumşaq, uzun, kövrək sünbüldür. Çiçək saplağında 12-25 sünbülcük daşıyır. 
Toxumları xırda, boztəhər-yaşıldır. Dənin 1000 ədədinin kütləsi 2,5-3,0 qramdır.
Qaramuğun toxumları 2-4 
0
C temperaturda cücərməyə başlayır. Cücərtilərin alınması üçün 
optimal temperatura 20-25 
0
C-dir. Cücərtilər 2-3 
0
C şaxtalara yaxşı dözür.
Birillik qaramuq nəmlik sevən bitkidir, pərdəli toxumları cücərmək üçün öz kütləsinin 120%-i 
qədər nəmlik qəbul edir. Quraqlığa dözmür. Bu onunla izah olunur ki, kökün əsas kütləsi torpağın 


312 
üst qatında yerləşir. Nəmlik çatışmadıqda kollanması, bitkinin boyu və məhsuldarlığı kəskin aşağı 
düşür. Nəmliyi bol olan torpaqları sevir.
Qaramuq müxtəlif münbit torpaqlarda: gilli, gillicəli, qurudulmuş torflu torpaqlar, qumsal və 
nəmli torpaqlarda yaxşı bitir. Karbonatlı qara torpaqlar və turş podzol torpaqlarda da inkişaf edir. 
Qaramuq bir rüşeym kökündən cücərir. Kollanma 3-4 yarpaq fazasından başlayır. Başdan-
başa səpində kollanma enerjisi 3-6, seyrəlmiş kollarda cavan budaqların miqdarı 200-ə çatır. Zoğ 
əmələgəlmə bütün vegetasiya dövründə davam edir. Buda ki, vegetasiya müddətində mümkün 
qədər bir neçə dəfə biçin alınmasına səbəb olur.
Birillik qaramuğun yerüstü kütləsi tez formalaşır. Bu tezliklə yetişən taxıl otudur. Çiçəkləmə 
cücərtilər alındıqdan 35-60 gün sonra başlayır, vegetasiyanın tam müddəti 60-90 gün arasında 
tərəddüd edir. Birinci biçinlə ikinci biçin arası adətən 30-35 gün, ikinci və üçüncü biçin arası isə 45-
50 gündür. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin