Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə378/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   374   375   376   377   378   379   380   381   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Səpin – 
Səpin üçün çiyidlərin təmizliyi 97 %, cücərmə qabiliyyəti isə 85 % olmalıdır. Səpin 
keyfiyyətinə görə ilk açılmış qozalardan alınmış toxumlar daha yaxşı hesab olunur. 


323 
Adətən çiyid zavodlarda dərmanlanır əvvəlcə üçxlorfenolyat mislə (TXFM), sonra 
heksaxloranla 1 ton toxuma 7 kq hesabı ilə dərmanlanır. Çiyid 20 sm qalınlıqda sərilir və kürəklə 
yaxşı qarışdırılır.
Tüklü çiyidin tez çərtməsi üçün səpindən əvvəl onu islatmaq lazımdır. Çiyidi islatdıqda onun 
rüşeymi şişir, onda həyat fəaliyyəti oyanır və böyümə başlayır.
Çiyidi islatmaq üçün sement və ya asfalt döşənmiş meydançalarda 20-30 sm qalınlığında və 
1,0-1,5 m enində sərirlər. Bir ton çiyidə bir dəfəyə 250-300 litr su çilənməlidir. İsladılmış çiyid 60-
70 sm tığa yığılır. Suyun çilənməsi və tığın qarışdırılması 3-4 saatdan bir təkrar olunur. İsladılma 
müddətində 1 ton quru çiyid 500-800 litr su uda bilir. Çiyidi bol suda həddindən artıq islatmaq 
olmaz, çünki çox isladılan çiyidin rüşeymi şişir və cücərməsi məhdudlaşır, az islatdıqda isə əksinə 
həyat fəaliyyəti yüksəlir. 
Dərmanlanmış çiyidlərin axar suda isladılmasına yol vermək olmaz. Çünki, onun üzərindəki 
dərman tamamilə yuyulub su ilə gedir. Səpsuvar üsulu ilə səpin apardıqda çiyid quru səpilir, sonra 
suvarma aparılır.
Kökçürümə xəstəliyi və gəmirici həşəratlara (sovka) qarşı 1 ton toxuma 12 kq TMTD və 
cücərtiləri gəmiricilərdən qorumaq üçün 40 kq heksaxloran dustu sərf edilir. 
Səpin müddəti, üsulu və norması. 
Səpin müddətinin düzgün təyin edilməsi gümrah və tam 
çıxış alınmasının əsas şərtlərindən biridir. İstər faraş, istərsə də gecikdirilmiş səpinlər yaxşı nəticə 
vermir. 
Ən yaxşı səpin müddəti torpaqda temperatur 11-12 
0
C havanın temperaturu 13-14 
0
C olduğu 
vaxtdır. Torpaqda normal havalanma getdikdə və çiyid yaxşı nəmləndikdə 10-15 günə normal 
çıxışlar alınır. Yeni cücərən bitkilər xəstəlik və zərərvericilərin kütləvi artmasına qədər 
möhkəmlənir, kökləri torpağın dərin qatlarına işləyərək oradakı nəmlikdən istifadə edirlər. 
Torpaqda temperaturun və nəmliyin olmasına tüksüzləşdirilmiş çiyidlər çox hərisdirlər. Bu çiyidlər 
3-4 saat ərzində şişib cücərməyə başladığı halda, tüklü çiyidlərin şişməsinə ən azı bir sutka vaxt 
lazımdır. 
Səpin müddəti torpaq tipindən asılıdır. Qranulometrik tərkibi yüngül olan torpaqlar 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin