Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


(çınqıl  qatı səthə yaxın)



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə379/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   375   376   377   378   379   380   381   382   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

(çınqıl 
qatı səthə yaxın)
tez qızdığına görə səpin tez, ağır və gilli torpaqlarda isə nisbətən gec aparılmalıdır 
Pambıqçılıqda tüklü çiyidlərlə cərgəvi, kvadrat-yuva, düzbucaqlı-yuva və yuva üsulunda 
səpin aparılır. Cərgəvi səpin üsulunda çiyid arası kəsilmədən cərgəyə kvadrat-yuva və düzbucaqlı-
yuva üsulunda yalnız yuvalara, yuva üsulunda isə bir-birindən müəyyən qədər aralı yuvalara səpilir. 
Ən sadə səpin üsulu cərgəvi üsuldur. Lakin bu üsulda həddindən çox çiyid sərf edilir və istənilən 
sıxlığı almaq mümkün olmur. Kvadrat-yuva və ya düzbucaqlı-yuva üsulu ilə səpin aparılan 
cərgələrdə və yuvalarda çiyidlər eyni miqdarda olmaqla bir-birindən 50-60 sm aralı yerləşir və 
cərgəvi səpinə nisbətən aşağıdakı üstünlüklərə malikdir: çiyid sərfi 2 dəfə azalır; yuvaya bir neçə 
ədəd çiyid düşdüyündən cücərərkən torpaq qatını asanlıqla qaldıra bilirlər; seyrəltmə asan olur və 
maşınla iki istiqamətdə sahənin eninə və uzununa becərmə aparmaq mümkün olur.
Pambıqçılıqda cərgəarası 60 və 90 sm bitki arası məsafə isə 10-30 sm götürülür. Cərgəarası 60 
sm olan əkinlərdə şırım açmaq mümkün olmur və ona görə pambığı şırımla düzgün suvarma 
çətinləşir.
Pambıqçılıqda mexanikləşdirmə dərəcəsini artırmaq, hər hektara çəkiləcək xərci azaltmaq və 
normal bitki sıxlığı yaratmaq üçün gencərgəli səpin üsulunun tətbiqi də səmərəlidir.
Adətən səpin norması torpaq-iqlim şəraitinə görə nizamlanır. Əgər soyuq havalarda torpağın 
temperaturu çiyidin cücərməsini təmin etmirsə, çiyidin səpin norması 5-10% artırılmalı, torpaq 
yaxşı isindikdə isə səpin norması 5-10% azaldılmalıdır. Səpin norması torpağın duzluluq 
dərəcəsindən də asılıdır. Orta dərəcədə şoran torpaqlarda səpin üçün çiyidi çox, az şoran torpaqlarda 
isə 10%-ə qədər az götürmək məsləhət görülür. 
Son dövrlərdə tirəyə səpin üsulu tətbiq edilir. Bu vaxt 20-30 sm hündürlüyündə tirələr yaranır. 
Həmin tirələrdə torpaq yaxşı qızır, məsamələr yaranır və nəmlik saxlanılır ki, bu da yaxşı çıxışların 
alınmasını təmin edir. 


324 
Hər hektara səpin norması cərgəarası məsafədən, toxumun keyfiyyətindən asılı olaraq, 40-50 
kq-dan 70-80 kq-a qədər dəyişir. Bitki sıxlığı hər hektarda 100-120 min olmalıdır. Toxumun 
basdırılma dərinliyi 4-5 sm-dir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin