42
malikdir, ancaq məhsuldarlıq aşağıdır və yem yaxşılaşdırıcı kimi istifadə edilir. Zolaq şəkilli səpin
üsulu qarğıdalı və soya, sorqo və soya, qarğıdalı və yem paxlası səpini zamanı tez-tez tətbiq edilir.
Bu zaman səpici aqreqatın bir yaxud iki gedişində səpilən taxılların və paxlalıların zolaqları
növbələnir.
Blend
– (ingiliscə blend - qarışıq deməkdir) bu bir bitkinin müxtəlif sortlarının toxum
qarışığıdır. Blenddən tez-tez soya becərən zaman müxtəlif əlverişsiz şəraitə davamlılığına görə
sortlar seçilərək istifadə edilir. Bu ilin müxtəlif meteoroloji şəraitləri zamanı
məhsulu
sabitləşdirmək üçün edilir. Onlar da təmiz sortlar səpilən üsullarla səpilir.
Dünya bitkiçiliyində müxtəlif təyinatlı yüzlərlə növlər və minlərlə sortlar becərilir. Müxtəlif
bitkilərin optimal səpin norması 1 hektara 2 min ədəd cücərmə qabiliyyətli toxumdan 30 milyon
ədədə
qədərdir, yaxud miqdarı 15 min dəfə fərqlidir.
Dostları ilə paylaş: