Pambıq sovkası - əsasən dörd nəsl verir. Bu nəsillər biri digərinin daxilində əmələ gəlir.
Torpaqda pup halında qışladıqdan sonra, aprelin axırı mayın əvvəllərində puplardan kəpənəklər
çıxıb uçaraq alaq otları və mədəni bitkilərin (qarğıdalı, pomidor, noxud) üzərinə yumurtalarını
qoyurlar. Sonrakı üç nəsil isə pambıq bitkisinə ziyan vurur (digərləri,
tor gənəciyi (çor), payız sovkası, pambıq mənənəsi, tütün tripsi və s. ).
Məhsulun yığılması. Pambığın qozaları eyni vaxtda yetişmir. Onların yetişərək açılması iki
aya qədər (don düşənə qədər) davam edir.
Pambıq həm əllə, həm də maşınla yığılır. Birinci yığım maşınla aparılır. Maşınla yığımı tətbiq
etmək üçün qozaların yetişməsi zəruridir, bunun üçün yarpaqlar süni olaraq tökülməlidir.
Yarpaqların qabaqcadan tökülməsi üçün
defolyasiya edilir, hər hektara 8-12 kq maqnezium xlorat
çilənir. Yarpaqlar tam tökülmədikdə bitkinin gövdəsini tam qurutmaq üçün
desikasiya, yəni hektara
2,5-3 kq maqnezium xlorat yaxud 50 kq kalium xlorid-xlorat çilənir.
Xam pambığın maşınla yığılması qozaların açılmasından asılı olaraq iki müddətdə həyata
keçirilir. Birinci yığıma defolyasiyadan 8-10 gün sonra başlanılır. Bu müddətdə qozaların 50-60%-i
açılır və yarpaqlar isə 80%-dən az olmayaraq tökülür. İkinci yığım birincidən 12-15 gün sonra
həyata keçirilir.
Maşın yığımı mümkün olmayan tarlalarda və toxumluq sahələrdə məhsul əl ilə yığılır.
Toxumluq məhsulun əl ilə yığılmasına kolun aşağı və orta hissəsində 5-6 qoza açıldıqda başlanılır.
Yığılmış pambığı asfalt döşəmələrə 10 sm qalınlığında sərərək qurudurlar. Bu zaman kürəklə
qarışdırmaq lazımdır. Yağmurlu günlərdə qurutma qurğusu olan binalarda 60-80
0
C-də qurudulur.
23.2. Kənaf Əhəmiyyəti və yayılması. Kənaf - gövdəsi lifli qiymətli bitkidir. Gövdəsində yüksək
davamlığı ilə fərqlənən yumşaq və hiqroskopik lifin miqdarı 24%-ə yaxındır. Onun lifindən brezent
(su keçirməyən parça), kisə, torba, xalça və mebel parçaları, ip, kəndir, sicim, yoğun kəndir (kanat
ipi) və s. məmulatlar hazırlanır.
Kənaf darandıqdan sonra qalan qabığı, lifi və daraqağzı (cırbıt) hissələrindən tikinti lövhələri
və kağız hazırlanması üçün istifadə olunur. Tərkibində 18-20% piyli yağ olan kənaf toxumlarından
gön-dəri istehsalında, sabunbişirmədə və lak-boyaq sənayesində istifadə olunan yağ alınır.
Jmıxından mal-qaranın yemləndirilməsində istifadə olunur.
Kənafın vətəni Cənubi Amerikadır, orada yabanı formada yayılmışdır. Bu bitki Çin,
Hindistan, İndoneziya, Birma, Sudan, Braziliya və s. dövlətlərdə becərilir.
Kənafın məhsuldarlığı hektardan 180 sentnerdən 250
sentnerə çatır.