Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Botaniki və bioloji xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə383/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   379   380   381   382   383   384   385   386   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki və bioloji xüsusiyyətləri.
Kənaf - 
Hibiscus 
cannabinus L. 
əmənköməncilər fəsiləsindən 
(Malvaceae)

birillik otvari bitkidir. 
Kənafın yaxşı inkişaf etmiş mil kökü torpağın 2 metr və 
daha dərinliyinə işləyir. 
Gövdəsi antosian rəngli, dəyirmi yaxud azacıq 
qabırğalı, düz, budaqlanan hündürlüyü 2 m-dən 5 m-ə qədər, 
kök boğazından yuxarıya doğru getdikcə nazilən, seyrək 
yarpaqlanandır. Gövdənin qalınlığı əsasında 1,5-2 sm-dir. 
Yarpaqları növbələnən iri, uzun saplaqlı, aşağıdakılar 
sadə, orta yarpaqları dilim-dilim, yuxarıdakıların kənarları 
diş-diş lansetvaridir.
Çiçəkləri iri, beş ləçəkli sarımtıl rənglidir. Ləçəklərin 
mərkəzində parlaq qırmızı, çəhrayı yaxud açıq-qırmızı rəngli ləkə vardır.
Şəkil 52. Kənaf.


326 
Kənafda öz-özünü tozlama üstünlük təşkil edir, tam inkişaf etməmiş tozluqlarda çarpaz 
tozlanma da baş verir. Meyvəsi iti-yumurtavari formalı, uzunluğu 2,5 sm və eni 1-2 sm, sərt tüklərlə 
örtülü beşyuvalı qozadır. Bir bitkidə 20-30 ədəd qoza əmələ gəlir. 
Toxumu üçüzlü, tünd-qonuru rəngdədir. Bir qozada 15-20 toxum olur. 1000 ədədinin kütləsi 
20-28 qramdır.
Kənaf istilik sevən bitkilər sırasına aiddir. Onun toxumları 10-12 
0
C temperaturda cücərməyə 
başlayır. 22-23 
0
C temperaturda cücərtilər bir bərabərdə alınır. -1,0-1,5 
0
C şaxtalarda təkcə 
cücərtilər yox, nisbətən yaşlı bitkilər də məhv olur. Kənafın boy və inkişafı üçün daha əlverişli 
temperatur 23-25 
0
C-dir. Vegetasiyanın sonuna istiliyə tələbatı nəzərə çarpacaq dərəcədə azalır. 
Nəmliyə tələbkar bitkidir. Kənaf üçün torpağın optimal nəmliyi TRT 80% həddində olmalıdır. 
Ona görə də kənaf yalnız suvarılan şəraitdə yaxud bol yağıntılar düşən bölgələrdə becərilir. 
Kənaf işıq sevən qısa gün bitkisidir. İşıqlanma çatışmadıqda və olduqca sıx əkinlərdə bitkilər 
alçaq boylu və zəif olurlar.
Kənaf boz, çəmən və bataqlı-çəmən torpaqlarda, çay vadilərinin gətirmə torpaqlarında əkilir. 
Şoran və şorakət torpaqlar kənaf üçün yararsızdır.
Kənafın vegetasiya dövrü 120-160 günə bərabərdir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   379   380   381   382   383   384   385   386   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin