23.3. Kətan Əhəmiyyəti. Kətan ən yaxşı lifli bitkilər sırasına aiddir. Əsas etibarilə bu bitki təbii lif və
toxumundan yağ almaq üçün becərilir. Gövdəsində yağlıq ktana nisbətən 2 dəfə artıq, 18-33% lif
var. Kətan lifi yüksək texnoloji keyfiyyətlərinə görə fərqlənir və toxuculuq sənayesinin əsas
xammal mənbəyi hesab edilir. O, iki dəfə pambıq lifindən, üç dəfə yundan möhkəmdir və ipək
sapdan bir qədər geri qalır. Ondan ən yaxşı müxtəlif məişət, texniki, qablaşdırma və s. materiallar
hazırlanır. Kətandan hazırlanmış məmulatlar keyfiyyətli, davamlı, gözəl, yüngül və gigienikdir.
Orta hesabla bir kq kətan lifindən 10 m
2
batist, 2,4 m
2
parça yaxud 1,6 m
2
su keçirməyən parça
(brezent) alınır. Toxuculuq sənayesi kətandan texniki və məişət təyinatlı geniş çeşidli mallar:
məhrəba, alt paltarı, ağ, geyim, yorğan, qayış, qalın kətan parça (parusin), qablaşdırma materialı,
kəndir, sap, qalın kəndir və s. istehsal edir. Kətandan suya və odadavamlı divar kağızı hazırlanır.
Texniki parçalar çürüməyə qarşı yaxşı davamlıdır, onlar tədricən köhnəlib xarab olurlar.
Kətan lifinə tələbat hədsiz böyükdür. Kətan lifi pambıq və kimyəvi liflərlə birgə tətbiq olunan
ən yaxşı komponentlərdən biridir.
Kətanın toxumu böyük əhəmiyyət kəsb edir. Onun tərkibində 35-39%, yağlıq kətanın
toxumunda isə 42-44% yağ vardır. Toxumun tərkibində zülalın miqdarı 23%-dir. Toxumdan alınan
yağ əsasən texniki məqsədlər üçün istifadə edilir. Yağı möhkəm, nazik və elastiki təbəqə əmələ
gətirir, tez qurumaq qabiliyyətinə malikdir. Ondan yüksək keyfiyyətli əlif yağı, eləcə də lak və mina
(emal, mina çəkmək) hazırlanmasında istifadə olunur. Kətan yağı istehsal həcminə görə texniki
yağlar içərisində dünyada birinci yeri tutur. O, elektrotexnika, kağız və sabunbişirmə sənayesində,
eləcə də ətriyyat və təbabətdə geniş tətbiq olunur. Kətan yağı təbabətdə məlhəm və sürtgü
dərmanları hazırlamaq üçü işlədilir. Yeyintidə də az miqdarda istifadə edilir.
Yağ emalından sonra yerdə qalan tullantı (cecə, jmıx) yüksək zülallı qiymətli yemdir. Onun
tərkibində 6-12% yağ, 30%-ə qədər xam zülal var. Bir kq kətan cecəsinin yemlik dəyəri 1,15 yem
vahidinə bərabərdir.
Kətanın emalı zamanı alınan qısa liflər əsasən kobud parçaların hazırlanmasında istifadə
olunur. Gövdə oduncağının tərkibində 64% sellüloza vardır ki, ondan sıxılmış (presləmək) tikinti
lövhələri, texniki karton, etil spirti, aseton və digər materiallar hazırlanmasında xam mal kimi
istifadə edilir.