Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə393/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   389   390   391   392   393   394   395   396   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsul yığımı.
Uzun lifli kətanın dörd yetişmə fazası fərqləndirilir: yaşıl, erkən sarı, sarı və 
tam. Yaşıl yetişmə çiçəklərin tökülməsinin arxasınca başlayır. Bu fazada gövdə və qutucuqlar hələ 
yaşıl olurlar. Yalnız aşağı yarpaqları saralır və quruyur. Toxumu əzərkən süd rəngli duru maye 
ayrılır. Kətanı bu fazada yığdıqda liflər nazikləşir, ancaq zəif olur. 
Erkən sarı
yetişkənlik fazasında gövdənin aşağı yarısının yarpaqları tökülür, qalanları isə uc 
yarpaqlar istisna olmaqla, saralırlar. Qutucuqdakı toxumlar yaşılımtıl-sarı rəng alır. Kətan bu fazada 
yığıldıqda lif ən yaxşı keyfiyyətə malik olur. 
Sarı 
yetişkənlik fazasında bütün yarpaqlar saralır, yalnız onlar gövdənin təpə hissəsində 
qalırlar, qutucuqlar qonurlaşmağa başlayır, toxumlar açıq-qəhvəyi rəng alır, lifin keyfiyyəti bir 
qədər pisləşir. 
Tam
yetişmə fazasında bütün yarpaqlar tökülür, gövdə və qutucuqlar qonur rəng alırlar, aşağı 
keyfiyyətli lif alınır.
Uzun lifli kətanın kombaynla yığımına başlanılmasına erkən sarı yetişkənlik fazasından 2-3 
gün əvvəl başlanılması tövsiyə olunur. Bu dövrdə yığılan kətan daha çox yüksək keyfiyyətli uzun 
liflər verir. Toxum bu vaxtı tam formalaşmış olur və yetişdikdən sonra səpin üçün yararlı olur.
Toxumçuluq təsərrüfatlarında uzun lifli kətanın seleksiya sortları sarı yetişkənlik fazasında, 
yağlıq kətan isə tam yetişkənlik fazasında yığılır. 
Uzun lifli kətanın texniki yetişkənliyi təxminən 8-10 gün, lakin isti hava şəraitində bir qədər 
qısa ola bilər. Ona görə də tələb olunan müddəti gecikdirdikdə çoxlu miqdarda məhsul itkisinə 
gətirib çıxarır.
Kətan yığımı daha çox mürəkkəb və zəhmət tələb edən bir işdir və kətançılıqda bütün 
xərclərin 70-80%-i onun üzərinə düşür. Ona görə də kətan məhsulunun yığım texnologiyasında 
səmərəli üsulların tətbiq edilməsi böyük istehsalat və iqtisadi əhəmiyyət kəsb edir. 
Kətan yığımında proqressiv və səmərəli üsul uzun illər yaxşı işlənılmış və geniş sürətdə 
yoxlanılmış kombayn üsuludur. 
Kombaynla yığım zamanı alınan qalaqda (koma) 52-84% qutucuq, 2-7% toxum, 12-16% digər 
qarışıqlar olur. Adətən qalaqda nəmlik yüksək, 60-65%, o cümlədən toxum qutucuqlarında 40-50% 
olur. Ona görə də kətan qalağı dərhal quruducu şaxtalarda qurudulur, sonra isə toxum ayrılır və 
təmizlənir. Kətan qalağının qurudulması və emalı məhsulun saxlanması və keyfiyyətindən asılıdır. 
Nəm kətan qalağını 2-3 saat müddətində saxladıqda qızışma getdiyindən, mikrob yoluxması və
toxumların xarab olması artır. Toxumun nəmliyi 10 ±2% qalana qədər qalağın qurudulması davam 
edir. Qalağın (tığ) qurudulması qurtaran kimi 2-5 saat müddətinə qalın qatlarda nəmliyin 
tarazlaşdırılması üçün soyuq hava üfürülür. Qalaq MB-2,5A taxıldöyəndə daima keyfiyyətə nəzarət 
etməklə xırdalanır.
Uzun lifli kətanın ilkin emalı realizə olunan məhsulun növünə görə böyük müxtəlifliyə 
malikdir. İsladılmış kətan gövdəsi, onun təmizlənməsi və qurudulmasından ibarətdir. Müasir dövrdə 
kətan gövdəsini təsərrüfatlarda döşəmə üçün hazırlanmış yerlərdə sərirlər. Kətan küləşi, (sərilən 
kətan küləşi), şehləndirmək və su buxarında işləməklə isladılır.
Əsasən ən yaxşı tədqiq olunmuş üsul, kətan gövdəsinin nazik təbəqədə sərilərək şeh damcı ilə 
nəmləndirilməsidir. Gövdənin nəmliyinə müvəffəq olmaq üçün yağıntılar və şehin düşməsi 
zəruridir. Bu zaman mikroorqanizmlərin həyat və fəaliyyəti nəticəsində pektin maddələri parçalanır. 
Sərmə üsulu ilə hazırlanan isladılmış gövdənin alınması üçün iştirak edən əsas mikroorqanizmlər, 
ibtidai göbələklər və bakteriyalardır, onlardan əsas 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   389   390   391   392   393   394   395   396   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin