Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə395/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   391   392   393   394   395   396   397   398   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
23.4. Çətənə 
Əhəmiyyəti, tarixi, yayılması və məhsuldarlığı.
Çətənə iki qiymətli məhsul - toxum və lif
verən vacib bitkidir. Onun gövdəsindən alının lif (27%) yüksək möhkəmliy, çürüməyə qarşı 
davamlığı ilə fərqlənir. Ondan kəndir, ip, parça, yoğun kəndir (kanat) və digər məmulatlar 
hazırlanır. Ona görə də xalq təsərrüfatında təbii çətənə lifinə tələbat ilbəil artır. Çətənənin qısa lifləri 
yaxşı tıxaclayıcı (sanitar texnik işlərdə) materialıdır. Cırbit (kətan darandıqdan sonra qalan qabıq, lif 
və daraqağzı) plastmas, kağız və digər materialların hazırlanmasında istifadə olunur.
Çətənə toxumunun tərkibində 30-35% tez quruyan yağ, eləcə də 18-25% zülal, 15% sellüloza 
və 4-5% kül elementləri var. Dad keyfiyyətinə görə çətənə yağı əla növ ərzaq yağlarına yaxındır. 
Ondan qənnadı sənayesində, konserv istehsalında, həmçinin əla növ əlif yağı və yağlı boya (rəng) 
hazırlanmasında geniş istifadə olunur. 100 kq toxumdan 1 kq-da 280 qram protein olan 65 kq çətənə 
jmıxı almaq mümkündür. 
Toxumu bir çox quş növləri üçün qiymətli yemdir. Eləcə də tərkibində 30% zülal və 10% yağ 
olan jmıxı kənd təsərrüfatı heyvanları üçün konsentratlı yemdir. 
Çətənə yüksək gəlirli bitkidir, əkin sahəsinin strukturunda 3-5% təşkil etdikdə bitkiçilik 
sahəsindən əldə edilən gəlirin 40%-dən çoxu onun payına düşür. 
Çətənə çox qədim dövrlərdən becərilən bitkidir. Vətəni Mərkəzi Asiyadır. Rusiya ərazisində 
IX əsrdən becərilir. Avropa ölkələrində XVI əsrdən becərilməyə başlanılıb. Onun haqqında ilk 
yazılar bizim eradan 800-900 il əvvəl Hind ədəbiyyatlarında qeyd edilmişdir.
Çətənə mədəni halda əsasən Hindistan, Rusiya və Qərbi Avropa ölkələrində becərilir. 
Monqolustan, Hindistan, Pakistan, Çin, Əfqanıstan və Azərbaycanda yabanı halda bitir. 
Alaq çətənəsi yazlıq bitkilərin alağı kimi Orta Asiyada, Rusiya ərazisində və Azərbaycanda 
rast gəlir.
Məhsuldarlığı (lif) orta hesabla hektardan 0,7-1,2 ton və daha artıq olur.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin