Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə402/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   398   399   400   401   402   403   404   405   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları:
Samsun – 155, Laqodexi trapezondu – 449, 
Vercinya WS 79, Trapezond – 15, Zaqatala iriyarpaqlısı, Zaqatala – 1, Trapezond – 1, İmmuni – 
580, Hibrid – 66, Zaqatala – 67. 
Növbəli əkində yeri. 
Tütünün ən yaxşı sələfləri payızlıq taxıllar, qarğıdalı, birillik taxıl və 
paxlalı yem otları, şəkər çuğundurudur. Eyni xəstəlik və zərərvericiləri olduğuna görə tütünü bostan 
bitkiləri və günəbaxandan sonra növbələndirmək olmaz. Fasiləsiz olaraq tütün öz yerinə əkildikdə 
xəstəlik və zərərvericilərə daha sürətlə yoluxur, məhsuldarlıq azalır və keyfiyyəti pisləşir. Növbəli 
əkində tütün eyni tarlada 2-3 ildən çox becərilməməlidir. 
Torpağın becərilməsi.
Tütün yüngül, yumşaq və dənəvər strukturlu torpaqlarda güclü kök 
sistemi əmələ gətirir, bitkinin böyüməsinə, kifayət qədər su və qida maddələri ilə təmin olunmasına 
şərait yaranır. Çınqıllı torpaqlar, meşə yerindən və kol-kosdan təmizlənmiş torpaqların da tütün 
əkinləri üçün istifadəsi məsləhətdir.
Dənli-paxlalı bitkilər yığıldıqdan sonra dərhal və ya 2-3 gündən gec olmayaraq kövşənlik 8-10 
sm dərinlikdə üzlənir və payızın əvvəlində 27 sm dərinlikdə dondurma şumu qaldırılır. Yazlıq 
bitkilər altından çıxmış sahələrdə sentyabrın 15-dək dondurma şumu edilməlidir. 
Tütün plantasiyaları altından çıxmış sahələrdə noyabr ayının 25-dək şum edilməlidir. Yazda 
şumu malalamaq və 2-3 dəfə kultivasiya çəkmək məsləhətdir. 
Qış müddətində yağan qar yağmur sularının torpaqda saxlanması məqsədilə dondurma şumu 
edilmiş sahələr malalanmır. Çayır və ayrıq otu kimi alaqlarla zibillənmiş sahələrdə iyul ayının 


341 
ortalarında dərin qara herik şumu edilir. Dondurma şumu aparılmış sahələrdə torpaqdakı nəmliyi 
saxlamaq məqsədilə əmələ gəlmiş qaysağı dağıtmaq üçün yazda imkan olan kimi malalanmalıdır. 
Sonra sahəni alaqlardan təmizləmək və yaz yağmurları nəticəsində torpaqda toplanmış nəmlik 
itkisinin qarşısını almaq üçün 8-10 sm dərinlikdə pərşum edib arxasınca malalamaq lazımdır. Tütün 
əkininə 5-6 gün qalmış sahəni axırıncı dəfə 6-7 sm dərinlikdə kultivasiya edib malalamaq lazımdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin