Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Səpindən sonrakı texnoloji üsul



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə41/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   37   38   39   40   41   42   43   44   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Səpindən sonrakı texnoloji üsul.
Çıxışlara qədər əkinlərin malalanması səpindən 4-5 gün 
sonra ağ sap mərhələsində olan alaq otlarının cücərtilərini məhv etmək üçün yüngül torlu malalarla, 
çıxışlardan sonrakı malalama isə əsas bitki kifayət qədər kök saldıqda cərgələrin köndələninə yaxud 
çəpinə həyata keçirilir. 
Enli cərgəli əkinlərdə cərgə aralarına kultivasiya çəkən zaman üç əməliyyat yerinə yetirilir: 
cərgə aralarında alaqların kəsilməsi, cərgə aralarında torpağın yumşaldılması və bitkinin azotla 
kökdən yemləndirilməsi. Alaqların kökünü kəsmək üçün kultivatora ən az enerji sərf edən işçi 
orqan, ülgüclər quraşdırılır. Əgər alaqların kəsilməsini torpağın üst qatının yumşaldılması ilə 
birləşdirmək lazımdırsa, onda, xüsusən ağır torpaqlarda adətən oxşəkilli pəncələrdən istifadə 
olunur. Mineral azotla yemləməni kultivasiya ilə birləşdirən zamanı bitki qidalandıran - kultivator 
tətbiq olunur. Bu halda azot gübrəsi torpağın nəm qatına 8-10 sm dərinliyə düşür və kapillyarlar 
vasitəsi ilə kök sisteminə daxil olur. Fosfor və kalium gübrələri ilə yemləmə o vaxt aparılır ki, 
torpaq kasıbdır, ancaq bu qida elementləri əsas gübrə kimi verilməyib.
Bitkinin mineral qida elementləri ilə yerüstü orqanların kökdən kənar yemləndirilməsi onların 
verilmiş (çilənmiş) qida elementlərini mənimsəmək qabiliyyətidir. Ayrı–ayrı qida elementlərinin 
daxil olma sürəti bitkinin növündən, inkişaf fazası və gübrənin ion tərkibindən asılıdır. Azot 
birləşmələri yarpaqlara ən tez, cəmi 3-5 saata, kalium kationları bir qədər zəif, 6-9 saata və daha 
zəif, 15-25 saata fosfor və sulfat turşusunun anionları daxil olur. Vegetasiya dövründə bitkinin 
yerüstü orqanlarının mineral qida elementlərini mənimsəməsi generativlərə nisbətən daha fəal gedir. 
Lakin vegetasiyanın birinci yarısında kök sistemi bitkinin tələbatını təmin edir, bir qayda olaraq 
kökdən kənar yemləmə həyata keçirilmir. Generativ orqanların əmələ gəlməsi ilə kök sistemi qida 
elementlərinə tələbatını təmin edə bilmir. Bununla bərabər torpaqdan qida maddələrinin daxil 


45 
olması qida elementlərinin vegetativ orqanlardan reutilizasiyası ilə (birinci növbədə azot, fosfor, 
kükürd) - başlıca olaraq yarpaqlardan başlayır. Bununla belə qida maddələrinin axması nisbəti 
onların bərabər nisbətdə tənzimləyici orqanlara – dənmeyvələrə, toxumlara, meyvələrə, digər 
ehtiyat orqanlarına axması ilə həyata keçir. Vegetativ orqanlar azotla daha çox kasıblaşır, ona görə 
də yarpaqlara çilənmiş mineral azot birləşməsi onlar tərəfindən kifayət qədər sürətlə mənimsənilir. 
Bitkinin bu qabiliyyətindən buğda dənində zülal və öz maddəsinin (kleykovina) miqdarının 
yüksəldilməsi üçün istifadə edilir. Dənin əmələ gəlməsi və dolması dövründə bitki sidik cövhərinin 
məhlulu ilə hektara 30-50 kq miqdarında çilənir. Azotun amid forması yarpaqlardan dənə daxil 
olaraq onlarda azot birləşmələrinin toplanmasını artırır. Azotla bu cür kökdən kənar yemləmə dən 
məhsulunu artırmır, lakin onun keyfiyyəti yaxşılaşır. 
Soya bitkisi becərilən zaman maye kompleks gübrələrlə kökdən kənar yemləmələrə daxil olan 
azot, fosfor, kalium və kükürd istifadə olunur. Dənə dolma dövründə yarpaqlardan qida 
maddələrinin bir hissəsinin generativ orqanlara axması və yarpaqların fotosintetik fəaliyyəti aşağı 
endikdə kökdən kənar yemləmələr həyata keçirilir. Kökdən kənar yemləmələrdə mineral qida 
elementlərinin nisbəti, toxumlarda onların bərabər nisbəti ilə, yarpaqlarda fotosintezin intensivliyini 
bərpa edir və toxum məhsulunu əhəmiyyətli dərəcədə yüksəldir. 
Tarla bitkilərinin əkinlərində bioloji aktiv maddələrin tətbiq edilməsi bir qayda olaraq, 
bitkilərin boy və inkişafında fizioloji proseslərin pozulması zamanı faydalıdır. Müxtəlif bioloji aktiv 
maddələrin tarla bitkilərində istifadə edilməsinin yüksək səmərəsindən elmi ədəbiyyatlarda çoxlu 
məlumatlar vardır. Lakin çox hallarda bu effekt səmərəsiz olur. 
Tarla bitkilərini becərərkən yerinə yetirilmiş texnoloji əməliyyatlara 
yığım
deyilir. Onun əsas 
vəzifəsi məhsulun miqdarını və keyfiyyətini minimum itkisiz yığmaqdan ibarətdir. Hər bir bitki 
qrupları üçün bu vəzifə özünün texnoloji üsullarının köməyi və öz texnika komplekti (dəsti) ilə həll 
edilir. Yığım müddəti və üsulu, bitkinin növündən, onun istifadə məqsədindən, sortun bioloji və 
texnoloji xüsusiyyətlərindən asılıdır. Həmçinin hər hansı bitkinin yığımı zamanı ümumi mərhələlər 
var: yığım texnikasının hazırlanması və məhsulun ilkin texniki emalı, tarlanın yığıma hazırlanması, 
məhsulun saxlanması üçün anbarlar və saxlama yerləri. Bir halda ki, müxtəlif qrup bitkilər və 
müxtəlif bitkiçilik məhsulları üçün bu mərhələlər əhəmiyyətli dərəcədə fərqlənirlər, lakin onlar daha 
çox təfsilatı ilə dərsliyin müvafiq bölmələrində şərh edilmişdir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin