Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -7



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə42/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   38   39   40   41   42   43   44   45   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -7
1.
«Tarla bitkilərinin becərilmə texnologiyası» anlayışı nə deməkdir? 
2.
Torpağın keyfiyyətli əhənglənməsinə tələbatlar necədir? 
3.
Texnoloji üsullardan istifadə etməklə: kövşənliyin üzlənməsi, üzvi gübrələrin verilməsi
mineral gübrələrin verilməsi, payız şumu, təkrar şum, yaz şumu hansı tapşırıqları yerinə 
yetirmək olar?
4.
Çoxillik otların yaz malalanması hansı hallarda lazımdır? 
5.
Payızlıqların malalanması həmişə lazımdırmı? 
6.
Erkən yazda və gec yay müddətlərində səpilən bitkiləri göstərin.
7.
Sortun, bitkilərin səpin müddətlərinin seçilməsi meyarı hansıdır? 
8.
Tarla bitkilərinin səpin üsullarının seçilməsi nədən asılıdır? 
9.
Blend nədir və onlar hansı hallarda istifadə olunur?
10.
Müxtəlif bitkilərin səpin normasını göstərin.
11.
Toxumun basdırılma dərinliyi nədən asılıdır? 
12.
Çıxışlara qədər və çıxışlardan sonra malalamanı hansı hallarda aparmaq lazımdır? 
13.
Dənli bitkilərin əkinlərində kökdən kənar yemləmə nə üçün aparılır? 
14.
Bioloji fəal maddələr hansı hallarda tətbiq olunur? 


46 
FƏSİL 8. QARIŞIQ VƏ MÜŞTƏRƏK ƏKİNLƏRDƏ KOMPONENTLƏRİN UYĞUNLUĞU 
Təbii şəraitdə, insan fəaliyyəti ilə dəyişdirilməyən fitosenozlar həmişə çoxnövlü olur. Növ 
tərkibinin formalaşması zamanı aşağıdakı amillər həlledici rol oynayır: növlərin öz aralarında 
rəqabəti; bir növün digər növdən asılı olması; bir-birini tamamlayan (komplementar) növlərin 
mövcudluğu. Sabit bitki qrupu – bir-biri ilə və mühitlə ekoloji tarazlıqda olan növlərin «doymuş» 
kombinasiyasıdır. 
Bitki qruplarının formalaşmasında həlledici rol kiçik ərazilərdə bir yerdə bitən lakin parazitlik 
etməyən bitkilər arasında rəqabət altında geniş mənada ləngidici təsir başa düşülür

Onlar işıq, su və 
qida maddələri üçün mübarizə aparırlar, ona görə də ayrıca dayanan bitki, inkişaf edən bitki 
qrupuna nisbətən qeyri bərabər şəraitdə olduqca yaxşı inkişaf edirlər. Əslində burada söhbət fiziki – 
kimyəvi münasibətdən gedir. 
Avstriya fizioloqu Hans Molisin fikrinə görə bitkilər bir – birinə təsir edərək torpağa və 
havaya xüsusi kimyəvi maddələr buraxır ki, bu maddələrin kiçik miqdarı qonşu bitkilərə sıxıntı 
verir. Bir bitkinin digər bitkiyə belə biokimyəvi təsirini Molis allelopatiya (yunan sözü olub 
«allelo» - qarşılıqlı və «pati» - təsir) adlandırmışdır. Bitki növlərində baş verən allelopatiya 
hadisələrin bir çoxu kənd təsərrüfatı üçün çox maraqlı və mühümdür. Bitkilərin qarşılıqlı kimyəvi 
təsirinə dair qanunauyğun tədqiqat aparmaq üçün allelopatiyanın bəzi aspektlərini və istiqamətlərini 
seçmək mümkündür.
Torpağın allelopatik yorğunluğu
– toksiki səviyyəyə qədər bioloji fəal maddələrin torpaqda 
toplanması ayrı-ayrı bitki məhsulunun aşağı enməsinə səbəb olur. O bir çox növlər üçün 
xarakterikdir. Deməli, mütəhərrik fenol birləşmələri toplandığına görə buğdanın eyni tarlada uzun 
müddət (monokultura) saxlanılması arzu edilməzdir, çoxillik yonca altında saponin toplanır, lüpin 
kifayət qədər torpağın gücdən düşməsinə səbəb olur, 3-cü – 4-cü ili fasiləsiz olaraq becərilməsi 
torpağı tamamilə yorğun salır. 
Təsirlərin daşıyıcısı
– mütəhərrik, bitkiyə asan daxil olan kimyəvi birləşmələrdir. Çox hallarda 
torpağın yorğunluğunu mütəhərrik fenol birləşmələri, hər şeydən əvvəl turşu toplanması ilə 
əlaqələndirilir. Bəzi becərilən bitkilərdə fəallıq alaq otlarının inkişafına əziyyət verir və bu 
məqsədlə o arzu ediləndir. Digər tərəfdən allelopatik bitkilər bir yerdə daha pis yaşayırlar onların 
əkinləri seyrəkləşir. Müəyyən edilmişdir ki, arpa 
qramın
alkaloidi sintez etməklə alaqların 
inkişafına sıxıntı (əziyyət) verir. Çovdar olduqca aktivdir, həmçinin qarabaşaq və çətənə də alaq 
otlarını boğur.
Müxtəlif bitkilərin torpaq yorğunluğuna allelopatik qabiliyyətləri cürbəcürdür. Mineral qida 
elementlərinin təmin olunma səviyyəsini tamamlamaqla, alaqlarla, zərərverici və xəstəliklərlə 
vaxtlı-vaxtında mübarizə aparmaqla bu bitkiləri uzun müddət eyni yerdə becərmək olar. Şəkər 
çuğunduru, yonca, üçyarpaq, noxud və s. bitkilər kəskin torpaq yorğunluğuna səbəb olurlar. 
Bitkilərin hökmən növbələndirilməsi bununla şərtlənir, onların köhnə yerlərinə 3-6 ildən sonra 
qaytarılması zəruridir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin