Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları - 8



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə49/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   45   46   47   48   49   50   51   52   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Tapşırıq və yoxlama sualları - 8
1.
Sabit bitki qrupu nə deməkdir? 
2.
Bitki qrupunda ayrıca bitkilərin və növlərin rəqabət mahiyyəti nədən ibarətdir? 
3.
Allelopatiya nə deməkdir? 
4.
Bitkiçilikdə növarası və növdaxili rəqabətə misallar gətirin. 
5.
Birnövlü əkinlərin üstünlükləri və çatışmayan cəhətləri barədə danışın. 
6.
Qarışıq əkinlər hansı hallarda istifadə olunur? 
7.
Birgə əkinlər nə üçün tətbiq olunur? 
8.
Qarışıq əkinlərdə komponentləri necə seçirlər? 
9.
Qarışıqların komponentlərinin morfoloji cəhətdən bir araya sığmamasına misallar gətirin. 
10.
Nə üçün yem otlarının qarışıq əkinlərinin bitkiçilikdə ekstensiv aparılması lazımdır, lakin 
intensivdə arzuedilməzdir?
FƏSİL 9. TARLA BİTKİLƏRİNİN MƏHSULUNUN PROQRAMLAŞDIRILMASININ 
MƏQSƏDƏUYĞUNLUĞU VƏ ETİBARLILIĞI 
 
Məhsulun proqramlaşdırılması – tarla bitkisinin nəzərdə tutulmuş yüksək səviyyəli 
məhsulunun əldə olunması üçün mühitin tənzimlənən amillərinin optimallaşdırılmasını təmin edən 
kompleks texnoloji üsulların işlənib hazırlanması deməkdir. Bura daxildir: sort seçimi; 
planlaşdırılmış məhsul üçün torpağın təbii münbitliyi nəzərə alınmaqla üzvi və mineral gübrələrin 
təyini; tarla bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə üçün pestisidlərin 
istifadəsinin müddətlərinin, üsullarının və normalarının əsaslandırılması; bitkilərin rütubətlə təmin 
olunması rejiminin və onun həyata keçirilməsi üsullarının əsaslandırılması. Bu zaman ehtimal 
olunur ki, bütün texnoloji üsullar optimal aqrotexniki müddətlərdə keyfiyyətlə yerinə yetiriləcəkdir. 
Bitkilərin boy və inkişafını, məhsul və onun keyfiyyətini müəyyən edən amillərin böyük 
hissəsinin tarla şəraitində tənzimlənməsi mümkün olmur. Bu, məhsulun kəmiyyət və keyfiyyətinin 
formalaşmasının idarə olunması mümkünlüyünü məhdudlaşdırır. 
Lakin, torpaq məhlulunun reaksiyası, makro və mikroelementlərlə təmin olunma, torpağın 
şum layının nəmliyi kimi olduqca mühüm bir neçə amillərin geniş miqyasda tənzimlənməsi 
mümkündür. Odur ki, burada əsas vəzifə tənzimlənən amillər vasitəsilə tənzimlənməyən və qismən 
tənzimlənən amillərin mənfi təsirinin azaldılmasından ibarətdir. 
Bunun üçün birinci növbədə bölgədə şaxtasız dövr ərzində müsbət temperaturlar cəmi, aylar 
üzrə temperatur rejiminin gərginliyi və FFR (fəal fotosintez radiasiyası) miqdarı, yağıntıların cəmi 
və onların il ərzində paylanması, torpağın qar altındakı dövrünün uzunluğu, quraqlıq və qara 
yellərin ehtimal faizi kimi aqroiqlim resurslarını bilmək lazımdır. Eyni zamanda şum layının 
qranulometrik tərkibi, sıxlığın tarazlığı, alt layların fiziki xüsusiyyətləri, torpaqda humusun miqdarı 
və humus layının dərinliyi, torpaq məhlulunun reaksiyası və torpağın hidrolitik turşuluğu, torpaqda 
asan hidroliz olunan azotun, mütəhərrik forforun, mübadilə olunan kaliumun, bor, molibden, mis və 
sinkin mütəhərrik formalarının miqdarı haqqında məlumatlara malik olmaq vacibdir. 
Konkret tarlada qrunt sularının dərinliyi, qar sularının dayanma uzunluğu, 100%-li TRT-na
(tarla rütubət tutumu) müvafiq torpağın nəmliyi və kapillyarların partlaması nəmliyi üzrə (sonuncu 
göstəricilər suvarılan əkinçilikdə xüsusilə mühümdür) əsas hidrolitik göstəriciləri nəzərə almaq 
lazımdır. 
Bundan başqa yamacın relyefi, dikliyi və istiqaməti də nəzərə alınmalıdır. 


53 
Bölgənin aqroiqlim göstəricilərinə əsaslanaraq biologiyanın tələblərinə görə konkret ekoloji 
şəraitə uyğun olan becərilən bitkinin növü və sortu müəyyən edilir. Bitkinin və sortun seçimi 
zamanı əsas meyarlar tənzimlənməyən amillərdir (şaxtasız dövrün uzunluğu, müsbət 
temperaturların cəmi, qar örtüyünün qalınlığı və torpağın donma dərinliyi, yağıntıların cəmi və 
onların vegetasiya ərzində paylanması).
Podzol və çimli-podzol torpaqlar zonasında bitkiləri becərərkən yüksək məhsul götürmək 
üçün texnoloji üsullar sistemi işləyən zaman torpağın əhənglənməsini, bitkilərin bioloji tələbatlarına 
uyğun, pH
duz 
mühitin optimal reaksiyasının aşağı həddinə çatdırmağı nəzərdə tutmaq lazımdır. Bu 
zonanın torpaqları humusun zəifliyi və qeyri-qənaətbəxş fiziki xassələrlə xarakterizə olunur. Onları 
yaxşılaşdırmaq üçün üzvi gübrələrin verilməsini yaxud siderat bitkilərin becərilməsini qabaqcadan 
nəzərə almaq lazımdır. Məhsulun səviyyəsi çox vaxt tarlanın artıq zibillənməsi, xəstəliklərin inkişaf 
etməsi və zərərvericilərin çoxalmasının yüksək zərərli həddi ilə nizamlanır. Planlaşdırılmış 
məhsulun səviyyəsinin müəyyən edilməsi üçün müvafiq pestisidlərin istifadəsi və onların tətbiqinin 
mümkünlüyünə riayət etməsidir. Tez yetişən sortların potensial məhsuldarlığı qısa vegetasiya 
dövründə, temperatur rejiminin nisbətən aşağı gərginliyi sayəsində reallaşdırıla bilər. Nəhayət, 
torpağın münbitliyini nəzərə almaqla mineral gübrə normasını, onların verilmə müddətləri və 
üsullarının müəyyən edilməsi lazımdır. 
Nə qədər ki, hər bir limitlənmiş amillərin optimallaşdırılması böyük enerji və maliyyə xərcləri 
tələb edir, onda planlaşdırılmış məhsulun səviyyəsi yəqin ki, bu amillərin optimallaşdırılması 
zamanı mövcud real ehtiyatların mümkün olmasıdır. Real imkanları hesaba almadan planlaşdırılmış 
məhsulun şişirdilməsi səmərəsiz xərclərə gətirib çıxarır, planlaşdırılmış məhsul əldə edilmir. 
Məsələn, pH
duz 
– 4,5 turş torpaqlarda 1 hektardan 40 sentner arpa dəni məhsulu alınması 
planlaşdırılmışdır, zəruri miqdarda baha qiymətli mineral gübrələr verilmişdir, lakin hektardan 16 
sentner dən məhsulu alınmışdır. Turş torpaqlarda gübrələrdən qida elementlərinin istifadə əmsalı 
minimum olmuşdur, verilmiş gübrə istifadəsiz qalmışdır. 
Bundan başqa, bir çox vacib mühit amilləri nə qədər ki, tənzimlənməmiş qalır (müvəqqəti 
quraqlıqlar, yağıntıların hədsiz düşməsi, dolular, gecikmiş yaxud erkən şaxtalar), o vaxt hətta bütün 
tənzimlənən amillərin optimallaşdırılması zamanı hər il yüksək məhsul əldə etmək qeyri mümkün 
olur. Müxtəlif bölgələrdə risk payı müxtəlifdir. Risk payı il ərzində kəskin nəmlik çatışmaması 
yaxud nəmişliyin artıq olması faizi bütünlüklə erkən payız və yazın axırlarındakı şaxtalarla, 
məhvedici dolularla təyin olunur. Riskin payını müəyyən etməyə bölgənin meteoroloji stansiyasının 
çoxillik müşahidələrinin nəticələri köməklik edir. İlin əlverişsiz meteoroloji şəraiti nə qədər 
çoxdursa, maksimum yüksək məhsul alınmamasında risk payı o qədər yüksəkdir. Planlaşdırılmış 
məhsul nə qədər yüksəkdirsə su rejiminin qeyri təbii qaydaya salınması, onun alınması 
mümkünlüyü o qədər azdır.
Nəticə etibarı ilə, planlaşdırılmış məhsulun səviyyəsini müəyyən etmək lazımdır, bölgənin 
iqlim şəraitindən asılı olaraq, torpağın aqrofiziki və aqrokimyəvi xassəsi və tənzimlənən amillərin 
limitlənməsinin optimallaşdırılması mümkündür. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin