54
ionlarının hərəkəti, onların bitkilərə daxil olması və bitkilərdə ferment kompleksinin pozulması üzrə
xüsusi biliklər tələb olunur.
Bu fəsildə texnologiyalar deyil, ekoloji təmiz texnologiyaların sxemləri, modelləri təqdim
edilir. Onlardan istifadə edərək aqronom hər hansı bitkinin (becərilən bitkinin biologiyası, sort,
konkret tarlanın ekoloji vəziyyəti nəzərə alınmaqla) ekoloji təmiz məhsulunun əldə olunmasını
təmin edən kompleks ekoloji üsulları hazırlayıb tətbiq edə bilər.
Bitkiçilik məhsullarının
ekoloji təmiz istehsal texnologiyası
ekoloji mühitin bioloji
tarazlığının pozulmasına səbəb olan torpağın, səth və qrunt sularının, havanın toksiki maddələrlə
çirklənməsinin istisna edilməsini nəzərdə tutur. Sözsüz ki, gələcək dövrlərdə ekoloji kənd
təsərrüfatı aparıcı istehsal istiqaməti kimi geniş tətbiq tapacaq.
Enerjiqoruyucu texnologiya
məhsul vahidinin istehsalına təbii enerji və canlı əmək resursları
sərfinin azaldılmasını nəzərdə tutur. Bu texnologiya bir neçə texnoloji əməliyyatın (yumşaldılma,
hamarlama, tapanlama; üzləyici aqreqatla bir vaxtda səpin aparılması və gübrə verilməsi, toxumun
səpilməsi və sahənin tapanlanması) eyni vaxtda aparılmaqla enerji resurslarına qənaət edilməsinə
imkan yaradır. Əməliyyatların birləşdirilməsi onların ayrı-ayrı yerinə yetirilməsinə nisbətən enerji
sərfinin cəmini 10-30% aşağı salır. Lakin sözün əsl mənasında həqiqi enerjiqoruyucu bitkiçilik
istehsal texnologiyası sözü altında iki dəfəyə qədər ümumi enerji sərflərini azaldan bioloji azotun
maksimal səviyyədə istifadəsinə əsaslanan texnologiyalardır.
Dostları ilə paylaş: