Ağır metallardan azad bitkiçilik məhsullarının istehsalı. Ağır metalların artıqlığı insan və
heyvan orqanizmində normal fizioloji prosesləri pozur. Ayrı-ayrı fermentativ sistemlərə qoşularaq
ağır metallar onların funksiyalarını dəyişir, heyvan orqanizmində ölümlə nəticələnən
xəstəliklər
doğururlar.
İnsan sağlamlığı üçün ən təhlükəli ağır metallara – arsen, barium, kadmium, xrom, kobalt, mis,
qurğuşun, civə, molibden, nikel, qalay, sink, sürmə aid edilir.
Əfsuslar olsun ki, dünya ölkələri torpaqda olan ağır metalların analizini aparmırlar və müvafiq
kartoqramlar tərtib etmirlər. Məhsulların ağır metallardan azad olması barədə əmin olmaq üçün hər
tarlanın ən təhlükəli ağır metallarla çirklənmə ehtimalını kimyəvi analizlərlə dəqiqləşdirmək
lazımdır (cədvəl 14).
Ağır metalların qatılığının normativ bazası Hollandiyada işlənilib. Onların torpaqda
miqdarının üç səviyyəsi müəyyən edilib: A - fon (zəmin) qatılığı; B - qayğıya səbəb olan qatılığın,
əlavə tədbirlər və tədqiqatların aparılması zəruridir; C – torpağın təcili təmizlənməsi tədbiri üçün
qatılıq həddini müayinə etmək zəruridir (cədvəl 15).
Rusiya Federasiyasında da ərzaq məhsullarında ağır metalların yol verilən qatılıq həddi işlənib
hazırlanmışdır (cədvəl 16).
Ağır metalların ikivalentli kationlarının (kobalt, nikel, sink, kadmium, civə) miqdarı yüksək
olan tarlalarda torpağın əhənglənməsi vasitəsilə onların bitkilərə daxil olmasının qarşısını almaq
mümkündür.
Ağır metalların miqdarı yüksək olan torpaqlarda onlardan azad (və yaxud onların miqdarının
yol verilən səviyyədən aşağı olması) bitkiçilik məhsullarının əldə olunması üçün aşağıdakı
tədbirlərin həyata keçirilməsi zəruridir:
- konkret tarlanın, əkin ərazisinin aqrokimyəvi müayinəsini aparmaq, torpaqda ağır metalların
miqdarını təyin etmək;
- ağır metallar üzrə torpaq kartoqramları tərtib etmək, onları kalium və kalsiumun miqdarı
kartoqramları ilə tutuşdurmaq;
- ikivalentli ağır metalların bitkilərə daxil olmasının məhdudlaşdırılması üçün qələvi
torpaqların əhənglənməsi (pH
qəl
6,5-6,8-ə qədər);
- bitkilərə birvalentli ağır metalların daxil olmasını aşağı salmaq üçün torpaqda mübadilə
kaliumunun miqdarını yüksək səviyyəyə qədər çatdırmaq (120-150 mq/kq, Kirsanova görə);
Cədvəl 14