Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Simbiotik təsbit edilmiş azotun (bioloji) hesabına qeyri-paxlalı bitkilərin enerjiqoruyucu



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə58/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   54   55   56   57   58   59   60   61   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Simbiotik təsbit edilmiş azotun (bioloji) hesabına qeyri-paxlalı bitkilərin enerjiqoruyucu 
istehsal texnologiyası. 
Böyümə və inkişaf prosesində paxlalı bitkilər əlverişli simbioz şəraitində 
bioloji azotu təsbit etmə hesabına həm özlərinin, həm də onlarla qarışıqda becərilən digər bitkinin 
azota olan tələbatını ödəmək qabiliyyətinə malikdirlər. Məsələn, gülül ilə birgə səpilmiş vələmir
təmiz halda becərilməsinə nisbətən daha yaxşı inkişaf edir. Bu halda vələmir heç vaxt artıq nitratlar 
toplamır və onu uşaq qidasının hazırlanması üçün istifadə etmək olar. 
Birillik dənli-paxlalı bitkilərlə digər dənli taxılların oxşar qarışığını azot gübrəsi tətbiq etmədən 
və nitratsız məhsul istehsal etmək üçün becərmək mümkündür. 
Bioloji təsbit olunmuş azotun paxlalılardan taxıllara daxil olma mexanizminin doğruluğu 
müəyyən edilməyib. Yəqin ki, dənli taxıl bitkiləri paxlalıların məhv olmuş kök tellərinin 
(kökcüklərin) azotundan istifadə edir. Taxılların təmiz səpininə nisbətən, paxlalılarla qarışıq 
becərilən taxıl bitkilərinin vegetativ kütləsində, azotun miqdarının həmişə daha çox olması 
həqiqətən müəyyən edilmişdir.
Paxlalı bitkilərin qarışığı ilə becərilmiş çoxillik taxıl otları bioloji azotdan həqiqətən istifadə 
edirlər. Azot gübrəsi tətbiq etmədən paxlalı-taxıl ot qarışığının bioloji təmiz tamqiymətli yüksək 
yem məhsulunu almaq mümkündür, belə ki, heyvanların yemləndirilməsi zamanı süd və süd 
məhsullarının tərkibində nitratlar olmur.
Nitratlarsız məhsulların əldə edilməsi üçün sonrakı qeyri-paxlalı bitkilərin bioloji azot hesabına 
becərilməsi xüsusi maraq doğurur. Bu iki halda mümkündür: çoxillik otların kök və kövşənlik 
qalıqlarının hesabına, eləcə də paxlalı bitkilərin siderat qismində istifadəsi zamanı. 
Yüksək məhsuldarlığa malik çoxillik otların becərilməsindən sonra (mövsüm ərzində 
hektardan 10-13 ton məhsulu) torpaqda 80-100 kq/ha azot qalır. Bu azot təsbit olunmuş üzvi 
vəziyyətdə olur və tədricən yazdan yayın ortalarına qədər istifadə olunur. Nəticədə bitkilərin azotla 
qidalanmasında artıq istehlak baş vermir. Bu qaydada bir çox tərəvəz və tarla bitkilərinin (kartof, 
yerkökü, şəkər çuğunduru və s.) kifayət qədər yüksək, uşaq və pəhriz qidası üçün yararlı ekoloji 
təmiz məhsulunu istehsal etmək mümkündür. Eyni zamanda bu məhsulların saxlanması gübrə azotu 
ilə qidalanmış bitki məhsullarına nisbətən xeyli davamlıdır. 
Bitkilərin bioloji azotla qidalanmasına keçidin daha səmərəli yolu – paxlalı bitkilərin siderat 
məqsədilə becərilməsidir. Siderat bitkiləri məşğullu herik, aralıq və ya səpinaltı kimi becərmək olar. 
Siderat məqsədilə paxlalı bitkilərin bu formalarda becərilməsi zamanı günəş enerjisinin əlavə 
akkumulyasiyası, atmosfer azotunun bioloji dövrana daxil edilməsi, torpaqda əlavə üzvi maddənin 
toplanması, onun münbitliyinin yüksəlməsi və mineral azot gübrələrindən istifadə etmədən tarla 
bitkilərinin kifayət qədər yüksək məhsulunun əldə olunması təmin edilir. Beləliklə, nitratların artıq 
miqdarından azad ekoloji cəhətdən tam dəyərli məhsul yetişdirmək mümkündür. 
Məşğullu herik paxlalıları qismində ensizyarpaq və sarı acıpaxla (alkaloidli formaları) və 
pırpızlı gülül kimi birillik bitkilərin becərilməsi daha məqsədəuyğundur. Payızlıq taxılların səpininə 


63 
qədər onlar tərkibi 100-120 kq/ha qədər azotdan ibarət 12-15 tona yaxın yaşıl kütlə toplaya bilirlər. 
Lakin bu bitkilərin toxumlarının qiyməti yüksəkdir və belə sideratlar nisbətən baha başa gəlir. 
Məsələn, 1 ha sayəhə 110-120 kq sarı acıpaxla toxumu səpilməlidir. Pırpızlı gülülün siderat 
məqsədilə səpini zamanı xərclər bir qədər az ola bilər. Paxlalı siderat bitkilərin səpinaltı qismində 
istifadə olunması xüsusi maraq doğurur. Onlar üçün növbəli əkində ayrıca sahə tələb olunmur, əsas 
bitkinin məhsulunu aşağı salmırlar, tarlaya düşən günəş enerjisindən yetərincə istifadə edirlər, digər 
bitkilərdən çox torpaqda bioloji azot və üzvi maddə toplayırlar. 
Məsələn, payızlıq çovdar altına səpilmiş sürünən üçyarpaq əsas bitkinin tam dəyərli dən 
məhsulunun alınmasına mane olmur, çovdarın yığımından sonra payıza qədər 1 ha sahədə 
tərkibində bioloji dövrana daxil edilmiş 150-180 kq azot olan yeraltı və yerüstü orqanlarından ibarət 
20 tona qədər biokütlə toplamaq qabiliyyətindədir. Belə səpin üçün cəmi 2-3 kq üçyarpaq toxumu 
tələb olunur ki, bu da hektara minimal xərc çəkməklə maksimal səmərə verir. 
Siderat kütlənin torpağa çevrilməsi müddətlərini tənzimləyərək bioazot itkisini minimuma 
endirməklə onun məhsulda toplanmasına yol verməmək və nitratsız ekoloji təmiz məhsul almaq 
mümkün olur. 
Məhz paxlalı siderat bitkilərin belə istifadəsi zamanı torpağın təbii münbitliyinin aşağı 
düşməsinin qarşısını almaq olur ki, bunu praktiki olaraq heç bir üsulla həll etmək mümkün olmur. 
Bitkiçilik məhsullarında nitratların miqdarı üzərində nəzarət yalnız məhsul yığımı zamanı 
deyil, həm də onun formalaşması prosesində də aparılmalıdır. Bu xüsusilə tərəvəz bitkiləri üçün 
əhəmiyyətlidir. 
Nitratların zərərli miqdarından azad məhsul istehsalı yalnız maksimal dərəcədə bioloji azotdan 
istifadə hesabına mümkün ola bilər. 
Bu texnologiyanın modeli bioloji azota keçid üçün aşağıdakı zəruri tədbirləri daxil edir: 

Paxlalı bitkilərin payını artırmaq şərti ilə əkin sahələrinin strukturunun dəyişilməsi; 

Bir-birini tamamlayan simbiotik sistemlərin – paxlalı bitki və fır bakteriyası ştamının 
seçimi; 

pH
qəl
konkret becərilən bitkinin biologiyasına uyğun optimal səviyyəyə çatdırılması və 
ya konkret tarlanın pH
qəl
–nə uyğun olan bitkinin seçilməsi; 

Konkret bitki üçün fosfor və kalium, bor və molibdenin mənimsənilən formalarının 
miqdarının optimal təminatının aşağı həddinə qədər çatdırılması; 

Vegetasiya ərzində nəmlik təminatının optimallaşdırılması; 

Növbəli əkinə Kələm fəsiləsinə aid bitkiləri daxil etməklə paxlalı sideratların məşğullu 
herik və səpinaltı bitkilər qismində istifadə edilməsi; 

Sələf və siderat bitkisinin bioloji azotunun qeyri paxlalı bitkilərlə istifadəsi; 

Ot qarışıqlarında paxlalı və taxıl otlarının becərilməsi; 

Assosiativ bioloji azotfiksasiyanın aktivləşdirilməsi. 
Eyni zamanda bu model azot gübrələrinin səmərəli istifadəsini; paxlalı bitkilər altına mineral 
azotun verilməsinin istisna edilməsini; tərəvəz, kartof və kökümeyvəlilərin altına mineral azotun az 
miqdarlarda hissə-hissə verilməsini; torpaqda azotun mineral formalarının ehtiyatı hesaba alınmaqla 
azot gübrələrinin normalarının hesablanmasını; müşahidə diaqnostikasının nəticələrinə əsasən 
bitkilərin azotla əlavə qidalanması zərurətinin müəyyən edilməsini nəzərdə tutur. 
Beləliklə, tövsiyə olunan texnoloji qaydaların düzgün və dəqiq yerinə yetirilməsi ilə nitratların 
zərərli miqdarından azad və əvəzedilməz enerjinin minimal sərfi ilə bioloji təmiz, yüksək bitkiçilik 
məhsulu əldə etmək mümkündür. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin