Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -11



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə62/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   58   59   60   61   62   63   64   65   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Tapşırıq və yoxlama sualları -11
1.
Torpaqda humusun miqdarının azalmasının əsas səbəblərini göstərin. 
2.
Əkinçilikdə torpaqqoruyucu sistemin mahiyyəti nədən ibarətdir? 
3.
Torpaqqoruyucu növbəli əkinlərin xüsusiyyətləri barədə danışın. 
4.
Torpaq eroziyasının azalmasına hansı aqrotexniki üsullar köməklik edir? 
 
 
FƏSİL 12. TEXNOLOJİ QAYDALARIN ENERGETİK QİYMƏTLƏNDİRİLMƏSİNİN 
ÜSULLARI 
 
Ölkənin bazar iqtisadiyyatına keçidi, material və xidmətlərə qiymətlərin sistematik dəyişməsi 
ilə əlaqədar olaraq müasir iqtisadi üsullardan istifadə edərək bu və ya digər bitkinin becərilməsinin, 
bu və ya digər texnoloji qaydanın səmərəliliyinə obyektiv iqtisadi qiymətləndirmə vermək qeyri-
mümkündür. Lakin konkret ekoloji şəraitdə istifadə olunan yeni sortlar, yeni texnoloji qaydalar və 
ya kompleks qaydalar üçün onların üstünlükləri və ya çatışmazlıqlarına obyektiv qiymətləndirmə 
tələb olunur. Belə obyektiv qiymətləndirmə qismində becərilən bitkinin, sortun, texnoloji qaydanın 
istifadəsinin energetik səmərəliliyi qəbul oluna bilər. Bunun üçün bitkinin becərilməsinə və ya 
texnoloji qaydanın istifadəsinə və məhsulun enerji tutumuna çəkilən bütün enerji sərfləri nəzərə 
alınmalı, enerji sərflərinin məhsulun enerji tutumu ilə ödənməsi dərəcəsi aşkarlanmalıdır. Zərurət 
yarandıqda sortun və ya qaydanın energetik qiymətləndirilməsi istənilən pul vahidinə keçirilə bilər, 
əgər bir geqacoulun dəyəri məlumdursa, yəni iqtisadi qiymətləndirmə verilə bilər. 
Kənd təsərrüfatı bitkilərinin istehsalına çəkilən enerji sərfləri. 
Kənd təsərrüfatı bitkilərinin istehsalına tələb olunan enerji məsarifləri gübrələrin, pestisidlərin, 
yanacaq-sürtgü materiallarının istehsalına çəkilən enerji sərflərindən, traktorlara, kənd təsərrüfatı 
maşınlarına, avtonəqliyyata hesablanan amortizasiya ayırmalarına; elektrik enerjisi xərclərindən və 
canlı əməyə sərf olunan xərclərdən ibarət toplanır. Məsariflərin hər bir növü konkret istehsal 
şəraitindən asılı olaraq əhəmiyyətli diapazonda dəyişir. Əsas enerjidaşıyıcılarının istehsalı üzrə 
enerji sərfinin orta rəqəmləri 21 saylı cədvəldə göstərilmişdir.
Enerjidaşıyıcıları istehsalına çəkilən enerji sərflərindəki fərqlər onların alınma texnologiyası, eləcə 
də daşınma məsafəsi və şəraiti ilə şərtləndirilir.
Enerji daşıyıcılarının məqsədli istifadəsinə qədər əlavə işlərin (anbara yığılma, qablaşdırma və 
s.) yerinə yetirilməsi ilə bağlı olaraq məsariflər artır. Məsələn, anbarda yığılıb qalmış azot 
gübrələrinin xırda hissələrə parçalanması kimi enerji sərfləri gübrə istehsalına çəkilən xərclərə daxil 
deyildir, texnoloji kartda sərbəst əməliyyat kimi qeyd olunur. Bu qayda ilə gübrələrin yüklənməsi, 
daşınması və boşaldılması, təsərrüfata yanacaq-sürtgü materiallarının və digər yüklərin çatdırılması 
qeyd olunur. Canlı əməyin mürəkkəblik kateqoriyası soraq kitabçası ilə müəyyən edilir. 
Konkret texnoloji üsula və ya bitkinin becərilməsinə çəkilən enerji sərflərini hesablamaq üçün 
maşının etalon şumda neçə hektar faktiki işləməsini müəyyən etmək lazımdır. 


68 
Cədvəl 21 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin