Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun səpin keyfiyyətinə dövlət standartı



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə68/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   64   65   66   67   68   69   70   71   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun səpin keyfiyyətinə dövlət standartı.
Səpin üçün yalnız o toxumlardan istifadə 
olunur ki, səpin keyfiyyətinə görə dövlət standartının tələblərini təmin edir. Toxumun keyfiyyət 
göstəricilərinə təmizliyi, laboratoriya cücərməsi və cücərmə enerjisi, həyat qabiliyyəti və böyümə 
sürəti (gücü), 1000 ədəd toxumun kütləsi, zərərverici və xəstəliklərlə sirayətlənməsi aiddir.
Toxum təmizliyi
– toxumluq materialda əsas bitki toxumunun miqdarı, kütləsinə görə faizlə 
ifadəsi.
Toxumun laboratoriya cücərməsi
- hər bir bitki üçün müəyyən edilmiş müddətdə (bitkilərin 
əksəriyyətində 7-8 gün), analiz üçün götürülmüş nümunədə normal cücərmiş toxumların %-lə 
miqdarı başa düşülür.
Toxumun cücərmə enerjisi
– qısa müddətdə normal cücərmiş toxumların faizi (adətən 3-4 
gün).
Toxumun böyümə gücü
- toxumun cücərtisi müəyyən güclə qumu yaxud torpağı (3-5 sm) yarıb 
keçmək qabiliyyəti ilə xarakterizə olunur. Toxumun böyümə gücü sağlam cücərtilərin miqdarı ilə 
ölçülür (%-lə), onuncu günü səthə çıxmış və 100 cücərtiyə görə yenidən hesablanmış yaşıl 
cücərtilərin kütləsi (qramla).
Toxumun həyat qabiliyyəti
- toxumluq materialda canlı toxumların %-lə miqdarı ilə 
xarakterizə olunur. 
Toxumun nəmliyi
– toxumda nəmliyin %-lə miqdarı. Nəmlik standartına normalaşdırılmış 
kondisiyaya uyğun adlanır. 
1000 ədəd toxumun kütləsi -
toxumun mütləq quru vəziyyətinin qramla müəyyən edilməsi.
Toxumların zərərverici və xəstəliklərlə yoluxması
- eləcə də keyfiyyət göstəricilərinə aiddir. 
Əgər analiz edilən toxumlarda canlı zərərvericilər və onların sürfələri müəyyən olunarsa (sürmə 
torbası, buğda nematod fırları), onda bu cür toxumlar səpin üçün yararsız hesab olunur.
Toxumun səpin yararlığı
– təmiz cücərti verən əsas bitki toxumları partiyası faizlə. 
Toxum partiyası
– keyfiyyətinə görə hər hansı həmcins (oxşar) toxumların miqdarı (eyni 
bitkilər, eyni sortlar, eyni reproduksiyalı və kateqoriyalı sort tərkibi, ümumi mənşəli eyni ilin 
məhsulu, eyni sənədlə nömrələnmiş və təsdiqlənmiş). Əgər toxum partiyası böyükdürsə, onda 
rahatlıq üçün keyfiyyətin təyin edilməsi və daha dəqiq nəticələr almaq üçün onu nəzarət vahidinə 
bölürlər və onların hər birindən bir orta nümunə ayırırlar. Dənli taxıl bitkilərinin əksəriyyəti üçün 
nəzarət ölçü vahidi 60 ton, lakin ot toxumları üçün isə 10 ton müəyyən edilmişdir.
Nöqtələr şəklində nümunə
– bir qəbulda partiyanın bir yerindən götürülmüş toxum nümunəsi.
Nümunələrin birləşdirilməsi
- toxum partiyasından yaxud onun hissələrindən seçilmiş cəmi 
nümunələri göstərir. 


82 
Toxumun orta nümunəsi
- birləşdirilmiş nümunələrdən laboratoriya analizləri üçün ayrılır. 
Orta nümunənin kütləsi bitki toxumunun böyüklüyündən asılıdır: dənli taxıl bitkilərinin əksəriyyəti 
üçün o 1000 qram, xırda toxumlular üçün isə 100 hətta 50 qram
 
təşkil edir. Toxumun keyfiyyətini 
təyin etmək üçün səpinə hazırlanmış və ya təmizlənmiş, sortlaşdırılmış, qurudulmuş, çəkilmiş, 
nömrələnmiş və müəyyən edilmiş etiketləmə forması ilə təchiz edilmiş toxum partiyasından orta 
nümunə ayrılır. 
Cədvəl 29 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin