83
Toxumun orta nümunəsi birləşdirilmiş nümunələrdən 3 təkrarda kvart üsulu (kvart- səpələnən
və mayeləri ölçmək üçün xüsusi qab) ilə ayrılır. Kütləsi 1 kq olan
birinci
nümunənin təmizliyini
cücərmə enerjisini, cücərmə qabiliyyətini, həyat qabiliyyətini və toxumun 1000 ədədinin kütləsini
(onu etiket ilə təmiz kisəyə qoyurlar və möhürləyirlər) müəyyən etmək üçün;
ikinci
nümunədə
nəmlik və anbar zərərvericiləri ilə sirayətlənməni təyin etmək üçün (0,5 litrlik tıxaclı təmiz quru
şüşə qaba və surğuc yaxud parafinlə ağzını bağlayaraq qabın üzərinə etiket yapışdırılır); üçüncü
(kütləsi 200 qr) isə toxumun xəstəliklərlə yoluxmasını müəyyən etmək üçün (kağız kisələrə
yerləşdirilir) istifadə olunur.
Toxumun keyfiyyətini müəyyən etmək üçün orta nümunəni təsərrüfatın aqronomu, təcrübə
idarəsi, tədarük və digər təşkilatlar, Dövlət toxum müfəttişliyinə təlim keçənlər ayırırlar. Orta
nümunə götürülən zaman müəyyən edilmiş formada akt tərtib edilir (2 nüsxədə). Bir nüsxəsi
təsərrüfatda saxlanılır, ikinci nüsxə nümunə ilə birlikdə Dövlət toxum müfəttişliyinə göndərilir.
Müxtəlif bitkilərin səpin və sort keyfiyyəti 29-31-ci saylı cədvəllərdə göstərilmişdir
Kənd təsərrüfatı bitkiləri toxumlarının keyfiyyətinə dair sənədləri orta nümunələrin
laboratoriya analizlərinin nəticələrinə görə dövlət toxum müfəttişliyi verir. Bildirilmiş kateqoriya
üçün hazırkı standartların səpin keyfiyyətinin tələbatına cavab verməyən toxumlar, daha aşağı
kateqoriya və faktiki keyfiyyətə uyğun sənədləşdirilir.
Kənar təşkilat tərəfindən realizaə edilmiş toxuma, bitkini göstərməklə toxumun keyfiyyətinə,
sortuna, reproduksiyasına, partiyanın miqdarına, toxum istehsalçısının ünvanı göstərilməklə
sertifikat verilir. Sertifikatın əks tərəfində təcrübədən keçirilmiş nəticələr təfsilatı ilə göstərilir, və
ya bütün göstəricilər toxumun səpin keyfiyyətinin (tam analiz) standartlarına görə müəyyən edilir.
Öz təsərrüfatında toxum məqsədilə istifadə etmək üçün nəzarət-toxum müfəttişi toxumun mənşəyi
və təcrübədən keçirilmiş nəticələr göstərilməklə «Toxumun keyfiyyət vəsiqəsi»ni verir. Toxum
partiyasının kütləsi nəzarət vahidinin kütləsini ötüb keçir, orta nümunənin analizinə əsasən hər bir
nəzarət vahidindən götürülmüş, orta hesabla partiyanın göstəricisinə vəsiqə verilir.
«Toxumun keyfiyyət vəsiqəsi» və toxumda dövlət standartlarının tələblərinə uyğun və
toxumun səpin keyfiyyətinə cavab verməyən (onların tam analizi zamanı), lakin həmçinin toxumun
bütün normalar üzrə yoxlanılmamış göstəricilərinə (tam analiz zamanı) sənəd verilir.
Onları ehtiyac duyulan standartlara cavab verən tələbata çatdırmaq üçün, sınanmış nəticələri yerinə
yetirmək və göstərməklə bu sənədə daxil edirlər. «Toxumun keyfiyyət vəsiqəsi» haqqında toxuma
verilən sənəddə müəyyən edilən karantin alaq toxumları, zərərvericilər, xəstəliklər qeyd edilir
yaxud ştamp (möhür) qoyulur: «Karantin. Toxumu əkmək və ixrac etmək qadağandır».
Cədvəl 30
Dostları ilə paylaş: