Dənin kimyəvi tərkibi.
Dənli taxıl bitkilərinin dəninin tərkibində su, üzvi və mineral
maddələr, eləcə də fermentlər və vitaminlər vardır.
Cədvəl 36
Dənli taxıl bitkilərinin kimyəvi tərkibi (%-lə)
(ümumiləşdirilmiş məlumat)
Bitkilər
Zülallar
Sulu karbonlar
Yağlar
Kül
Sellüloza
Yumşaq buğda
13,9
79,9
2,0
1,9
2,3
Bərk buğda
16,0
77,4
2,1
2,0
2,4
Çovdar
12,8
80,9
2,0
2,1
2,4
Arpa
12,2
77,2
2,4
2,9
5,2
Vələmir
11,7
68,5
6,0
3,4
11,5
Qarğıdalı
11,6
78,9
5,3
1,5
2,6
Çəltik
7,6
72,5
2,2
5,9
11,8
Dvrı
12,1
69,8
4,5
4,3
9,2
Qarabaşaq
13,1
67,8
3,1
2,8
13,1
Dənin tərkibi sortdan, cücərmə şəraitindən və becərilmə texnologiyasının səviyyəsindən asılı
olaraq dəyişə bilər. Dənin tərkibi 36 saylı cədvəldə verilir.
Dənin tərkibində bu və ya digər miqdarda daima
su
ola bilər. Suyun miqdarı bitkidən, onun
anatomik xüsusiyyətindən, hidrofil kolloidlərin miqdarından, yetişkənlik dərəcəsindən, yığım və
saxlama şəraitindən asılıdır. Dəndə su aşağıdakı növlərdə ola bilər:
-
kimyəvi rabitəli
su müəyyən kəskin nisbətdə maddə molekullarının tərkibində olur. Belə
suyu ayırmaq (seçmək) üçün yalnız qızdırmaq yaxud kimyəvi təsir etməklə mümkündür, bu halda
dənin tərkibində olan maddələrin quruluşunun pozulması baş verir;
-
fiziki-kimyəvi rabitəli
su dənin tərkibində müxtəlifdir, adsorbsiya rabitəli, osmotik udulma
və strukturlu su, müəyyən kəskin nisbətdə bu formaya aiddir. Hidrofil kolloidlər tərəfindən
adsorbsiya olunmuş su molekulları həlledicilik xassəsini itirir, kimyəvi reaksiyalarda iştirak etmək
üçün yerini asan dəyişə bilmir və ona görə də fizioloji proseslər minimuma enir;
93
-
mexaniki rabitəli
su dəndə mikro- və makrokapillyarlarda yerləşir. O adi suyun bütün
xassələrini özündə daşıyır və sərbəst su adlanır, qurutma zamanı asan kənarlaşır.
Qurudulma zamanı dəndən ayrılmış su, fiziki rabitəli və sərbəst su da daxil olmaqla
hiqroskopik adlanır.
Təbii-iqlim şəraitindən asılı olaraq müxtəlif bitkilərin yığımı zamanı dənin nəmliyi 10-30%
və daha artıq intervalda tərəddüd edir. Nəmliyi yüksək olan dən qurudulur və onun nəmliyi 14-
15%-ə çatdırılır.
Dostları ilə paylaş: |