Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Dənli taxıl bitkilərinin böyümə və inkişafı



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə82/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   78   79   80   81   82   83   84   85   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Dənli taxıl bitkilərinin böyümə və inkişafı. 
Dənli taxıl bitkilərinin fərdi boy və inkişafı 
(ontogenezində) bir sıra mərhələlər və fenoloji fazalarla keçir, hansı ki, hər biri müəyyən xarici 
morfoloji əlamətləri və yeni orqanların əmələ gəlməsi ilə xarakterizə olunur. F. M. Kuperman 
bitkinin həyat dövrünün 12 mərhələdən ibarət olmasını müəyyənləşdirmişdir. 
Bitkinin ontogenezində müşahidə olunan 12 mərhələ 8 inkişaf fazası ilə əlaqədar keçir. 
Mərhələləri adi gözlə müşahidə etmək olmur, inkişaf fazaları isə bitkinin morfoloji orqanları ilə 
əlaqədar olduğu üçün adi gözlə müşahidə olunur və fenoloji fazalar adlanır. 
Fazalar mərhələlərlə, mərhələ isə məhsul elementlərindən bu və ya digərinin əmələ gəlməsi 
ilə bağlıdır. Ona görə də ontogenezin inkişafını bilmək və izləmək çox faydalıdır (cədvəl 37). 
Vegetasiya dövründə dənli taxıl bitkiləri aşağıdakı əsas inkişaf fazalarını keçirirlər: cücərmə, 
kollanma, boruya çıxma, sünbülləmə (yaxud süpürgələmə), çiçəkləmə, dənin dolması və yetişmə 
(süd, mum, tam). Bu fazaları təyin etmək üçün tarlada cücərti alınan kimi sahənin böyüklüyündən 


96 
asılı olaraq bir-birindən müəyyən qədər aralı bitkilər ayrılır, nişanlanır və bütün müşahidələr bu 
bitkilər üzərində aparılır. Bunlara müşahidə bitkiləri deyilir. Müşahidə bitkilərinin hər hansı fazaya 
10%-ə qədəri keçdikdə fazanın başlanğıcı, 75%-ə qədəri keçdikdə isə tarla həmin fazaya kütləvi 
keçmiş hesab edilir. Payızlıq taxıllarda orqanogenezin birinci iki mərhələsi və iki fazası əlverişli 
şəraitdə payızda keçir, o biriləri növbəti ilin yazında və yayında, yazlıqlarda isə səpin aparılan ilin 
yaz və yayında keçir. 
Toxumların cücərməsi üçün onu əhatə edən, mühitdə kifayət qədər nəmlik, istilik və hava 
(O
2
) olmalıdır. Toxumun cücərmə sürəti onun iriliyindən, endospermində olan qida maddələrinin 
miqdarından, dənin qilafının möhkəmliyindən, sortun xüsusiyyətindən və s. şərtlərdən asılıdır. 
Dənli taxıl bitkiləri cinslərindən asılı olaraq toxumlarının cücərməsi üçün həmin amillərə müxtəlif 
dərəcədə tələbat göstərirlər.
Buğda toxumu öz kütləsinin 47-48%, çovdar 55-65%, arpa 48-57%, vələmir 60-75%, 
qarğıdalı 37-44%, darı və sorqo isə 25-38%-i qədər nəmlik qəbul etdikdən sonra cücərirlər. 
Müqayisə üçün yada salaq ki, paxlalı bitkilərin toxumlarının şişərək cücərməsi üçün öz kütlələrinin 
100-125% -i qədər nəmlik tələb olunur.
Suyun udulmasına mühitin temperaturu, torpaq məhlulunun qatılığı, dənin iriliyi və strukturu 
təsir edir. Toxumun şişməsi dövründə daha əlverişli temperatur 10-21
0
C-dir. Duzların qatılığı 
yüksək olan torpaqlarda toxumun şişməsi və sonra isə cücərməsi yubanır. Dəni unlu olan buğdalar 
və xırda toxumlar, iri və şüşəvarı dənlərə nisbətən suyu sürətlə udurlar, ona görə də bir bərabərdə 
çıxışlar almaq üçün səpin materialı bərabər ölçüdə olmalıdır. Pərdəli dənlər çılpaq dənlərə nisbətən 
yavaş-yavaş şişirlər. Şişmə zamanı toxumlarda fizioloji və biokimyəvi proseslər gedir. Fermentlərin 
təsirindən mürəkkəb kimyəvi birləşmələr (nişasta, zülal, yağ və s.) həll olunan sadə birləşmələrə 
çevrilirlər. Onlar rüşeymin qidalanması üçün həll olunan formaya keçirlər və qalxancıq (sipərcik) 
vasitəsi ilə rüşeymə qarışırlar. Rüşeym ilə endosperm arasında yerləşən qalxancıq bu hissəni biri-
birindən ayırır, lakin əsas vəzifəsi toxum cücərən zaman endospermdə olan qida maddələrini 
soraraq cücərtiyə ötürməkdir.
D. N. Pryanişnikov müəyyən etmişdir ki, endospermdə olan zülal parçalanaraq amin turşuları, 
cüzi miqdarda asparagin və qlutamin əmələ gətirir. Azotlu maddələr, sulu karbonların parçalanma 
məhsulları ilə reaksiyaya girərək inkişafda olan rüşeymdə yeni zülalların sintez olunmasına xidmət 
edirlər.
Rüşeym qida alaraq sükunət halından aktiv həyat fəaliyyətinə keçir. Toxum cücərməyə 
başlayır. Bu vaxt onlar üçün nəmlik, oksigen və müəyyən temperatur şəraitinin olması zəruridir. 
Dənli taxıl bitkilərinin toxumlarının cücərməsi üçün minimal temperatur aşağıdakı kimidir: birinci 
qrup taxıllar üçün 1-2 
0
C (optimal 15-20 
0
C), ikinci qrup taxıllar üçün isə 8-12 
0
C (optimal 25-30 
0
C). Temperaturun 30-35 
0
C-dən daha çox olması toxumun cücərməsinə mənfi təsir göstərir və hətta 
onların məhvinə səbəb ola bilər.
Nəmliyin çatışmaması yaxud artıq olması, temperaturun yüksək yaxud aşağı olması, havanın 
torpağa zəif daxil olması toxumun cücərməsini ləngidir.
Torpaqda nəmliyin artıq olması, xüsusən ağır torpaqlarda toxumun dərin basdırılması, torpaq 
səthində qaysaq əmələ gəlməsi, cücərtiyə oksigenin daxil olmasını çətinləşdirir, buna görə də 
toxumun cücərməsi və çıxışların alınması pisləşir.
Toxumun cücərmə müddəti onun kimyəvi tərkibi ilə də əlaqədardır. Dəndə zülal faizi 
çoxaldıqca cücərmə gecikir. Qabığın qalınlığı, sortun xüsusiyyəti də cücərmə müddətinə təsir edir. 
V. N. Stepanova görə cücərmənin başlanğıcı ilə çıxış arasında aşağıdakı miqdarda fəal temperatur 
(cəmi) tələb olunur.
1.
Buğda, çovdar, arpa, vələmir - 90-100 
0
2.
Qarğıdalı, darı, sorqo - 130-140 
0
3.
Çəltik - 300-350 
0

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin