Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


partlayır, birinci ilk yarpaq xaricə çıxır. Birinci yaşıl



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə84/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   80   81   82   83   84   85   86   87   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012


partlayır, birinci ilk yarpaq xaricə çıxır. Birinci yaşıl 
yarpağın çıxması dənli taxıl bitkilərində cücərmə (çıxış) 
fazası kimi qeyd edilir. İlk cücərtilərin rəngi müxtəlif olur. 
Buğdada yaşıl, arpada tüstüvarı - göy, çovdarda bənövşəyi - 
şabalıdı, vələmirdə, darıda, sorqoda, çəltikdə və qarğıdalıda 
boz - yaşıl rəngdə olur.
Cücərtilər rəngləri ilə yanaşı yarpağının qulaqcıq və 
dilçələrinə görə də fərqləndirilir. Lakin, cücərtinin rəngi 
tezliklə temperatur və işıqlanma intensivliyindən asılı olaraq 
dəyişir.
Cücərtilərin 
alınma 
vaxtı 
toxumun 
cücərmə 
enerjisindən, torpağın mexaniki tərkibindən, nəmliyindən, 
temperaturundan, 
sıxlığından, toxumların 
basdırılma 
dərinliyindən asılıdır. İsti və rütubətli hava şəraitində 
cücərtilər daha tez alınır.
Yüksək və davamlı məhsul yetişdirmək üçün vaxtlı-vaxtında bərabər və tam qiymətli optimal 
sıxlıqda çıxışların alınması çox vacibdir. Buna düzgün səpin norması, yüksək keyfiyyətli 
toxumlardan istifadə edilməsi, yetişmə şəraiti və aqrotexnikanı yaxşılaşdırmaqla nail olmaq 
mümkündür. Bitki sıxlığı toxumun tarla cücərməsindən asılıdır. Dənli taxıl bitkilərinin becərilmə 
texnologiyasına düzgün riayət edildikdə tarla cücərməsi əhəmiyyətli dərəcədə yüksəlir və 70-85%-ə
çatır. Müəyyən edilmişdir ki, tarla cücərməsinin 1% aşağı enməsi dənli taxıl bitkilərinin 
məhsuldarlığını 1,5-2,0% azaldır. 
Cücərti fazasının aqronomik əhəmiyyəti ondan ibarətdir ki, səpinlər seyrək olduqda bu fazada 
yenidən səpin keçirmək mümkündür. Yenidən keçirilən səpinin daha gec aparılması məhsuldarlığı 
azaldır. Cücərtilərin sıxlığının normal olması bitkinin yaxşı məhsul verməsinin bünövrəsi hesab 
olunur. 
Cücərtilər alınandan 10-14 gün sonra bitkidə bir neçə yarpaq (3-4) əmələ gəlir. Eyni zamanda 
onların boy atması ilə yanaşı kök sistemi də inkişaf edir. 3-4 yarpaq əmələ gələn zaman rüşeym 
kökləri şaxələnərək torpağın 30-35 sm dərinliyinə işləyir, müvəqqəti olaraq gövdə və yarpaqların 
boyu dayanır, bitkinin yeni inkişaf fazası - kollanma başlayır. 
Şəkil 3. Buğdanın kollanması: 
1 – kollanma buğumu; 2 – koleoptil; 
3 – torpaqaltı buğumaraları (epikotil); 
4 – ilk kökcük (rüşeym kökcüyü). 


98 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin