Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Sünbülləmə, yaxud süpürgələmə fazası



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə87/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   83   84   85   86   87   88   89   90   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Sünbülləmə, yaxud süpürgələmə fazası. 
Gövdənin buğumaraları uzandıqca çiçək qrupu da 
yarpaq qınının içərisi ilə yuxarıya doğru hərəkət edir və eyni zamanda inkişaf edib tam 
formalaşaraq qının nəhayətindən xaricə çıxır. İlk olaraq əsas gövdə, 2-3 gündən sonra isə yan 
budaqlar sünbülləyir. Bu dövr sünbüllü taxıllarda sünbülləmə, süpürgəlilərdə süpürgələmə fazası 
adlanır. Bu fazada yarpaq və gövdə güclü inkişaf edir və sünbül (süpürgə) formalaşır. Bitkinin həyat 
amillərinə tələbatı artır. Bu dövrdə bitkinin orqanları intensiv şəkildə böyüdüyü üçün qida 
maddələrinə və nəmliyə daha çox tələbat göstərir. Torpaqda rütubətin çatışmadığı dövrdə isti və 
quru hava şəraiti generativ orqanların formalaşmasını pozur və sünbüldə steril və çoxlu miqdarda 
tam inkişaf etməyən çiçəklərin əmələ gəlməsinə gətirib çıxarır. 
Çiçəkləmə.
Sünbül, yaxud süpürgə yarpaq qınından xaricə çıxdıqdan sonra bitki çiçəkləmə 
fazasına keçir. Bu fazada yarpaq, gövdə və sünbülün böyüməsi dayanır. Belə ki, arpada çiçəkləmə 
tam sünbülləməyə qədər, sünbül yarpaq qınından çıxmazdan əvvəl, buğdada 2-3 gündən, çovdarda 8-
10 gündən sonra həyata keçir.
Tozlanma qabiliyyətinə görə dənli taxıl bitkiləri öz-özünü tozlayan (buğda, arpa, vələmir, 
çəltik, darı) və çarpaz tozlananlara (çovdar, qarğıdalı, sorqo, qarabaşaq) bölünürlər. 
Sünbüllü bitkilərdə (buğda, çovdar, arpa) çiçəkləmə sünbülün ortasından, süpürgəlilərdə 
(vələmir, darı, sorqo) süpürgənin nəhayətindən başlanır. Ona görə də bu hissədə dənlər daha iri olur.
Tozlanma zamanı dişicik ağzına düşən tozcuqlar sütuncuğun içərisi ilə hərəkət edərək 
yumurtalığa daxil olur. Tozlanmadan sonra mayalanma gedir. Toxum tumurcuğu mayalandıqdan 
sonra sütuncuq bürüşərək quruyur, yumurtalıq inkişaf edir, rüşeym və endosperm əmələ gəlir, 
rüşeym öz hissələrinə diferensiasiya olunur. Bu hissələr əmələ gələn kimi müxtəlif üzvi maddələr 
gövdə və ya yarpaq vasitəsi ilə axaraq endospermin hüceyrələrini doldurur. Bu proses dəndolma 
adlanır. Dəndolma toxum tumurcuğunun mayalanmasından sonra başlanaraq dənin mum 
yetişkənliyi fazasının sonuna qədər davam edir.
Yetişmə. 
N. N. Kuleşov dən əmələ gəlmə prosesinin üç dövrə bölünməsini qeyd etmişdir: - 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin