Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə90/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   86   87   88   89   90   91   92   93   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

14.2. Payızlıq taxıllar
 
Dən istehsalının artırılmasında payızlıq taxıllar mühüm əhəmiyyət kəsb edirlər. Onlar əsas 
becərilən bölgələrdə yazlıqlara nisbətən daha yüksək dən məhsulu verirlər. Yaxşı inkişaf etmiş 
payızlıq bitkilər yazlıqlara nisbətən yazın ehtiyat nəmliyindən və qida maddələrindən yaxşı istifadə 
edirlər. Yazda onların vegetativ kütləsi tez artır və yaz quraqlığından az əziyyət çəkirlər. 
Payızlıqların daha erkən yetişməsi eləcə də onları quru və isti küləklərdən mühafizə edir. Yazlıq 
formalara nisbətən payızlıq buğda 8-10 gün, payızlıq arpanı isə 10-12 gün tez yığılır. Yığımın erkən 
aparılması növbəti bitki üçün torpağın daha diqqətlə hazırlanmasına imkan verir. Payızlıqların 
becərilməsi tarla işlərinin müəyyən hissəsinin payızda həyata keçirilməsinə imkan verir ki, bu da 
yaz səpini dövründə gərginliyi əhəmiyyətli dərəcədə azaldır.
Azərbaycanda dənli taxılların əkin sahəsi 897032 hektar, ümumi məhsul istehsalı 2498306 ton 
və məhsuldarlıq hektardan 27,9 sentner (2008-ci il) olmuşdur. Birinci yeri buğda, ikinci yeri isə 
payızlıq arpa tutur. Yaxşı və düzgün aqrotexnika tətbiq etməklə payızlıqların hər hektarından 
yüksək məhsul götürmək mümkündür. Yüksək məhsul götürülməsinin mühüm əhəmiyyəti ondan 
ibarətdir ki, qışadavamlı, qısa boylu, payızlıq buğdanın yatmaya dözümlü, potensial məhsuldarlığı 
hektardan 8-9 ton olan sortları tətbiq edilsin. Bu bitkilərin əkin sahələrinin genişləndirilməsi və 
məhsuldarlığın yüksəldilməsi dən istehsalının artırılmasının mühüm ehtiyatlarındandır. 
Dən istehsalının artırılmasında payızlıq taxılların əhəmiyyəti. 
Dənli taxıl bitkiləri 
payızlıq və yazlıqdırlar. Payızlıq taxıllar (buğda, çovdar, arpa, tritikale) uzun yarovizasiya 
mərhələsinə malikdirlər. Bu bitkiləri yazda səpdikdə kollanır, lakin sünbülləmir, çünki onların 
yarovizasiya mərhələsinin keçməsi üçün payız müddətində 35-60 gün ərzində 0-3 dərəcə istilik 
lazımdır. Yazlıq taxıllarda isə əksinə yarovizasiya mərhələsini nisbətən yüksək (8+10 
0
C) 
temperaturda və qısa müddətdə (20-25 gün) başa çatır. 
Dən istehsalının artırılmasında payızlıq taxılların əhəmiyyəti böyükdür. Onlar 
məhsuldarlığına görə yazlıqlardan üstündürlər. Payızlıq taxılların böyüməsi və inkişafı xüsusilə 
respublikamız şəraitində çox əlverişli müddətə düşür. Çünki, payızlıq taxılların vegetasiya 
suvarması may ayının axırı, iyun ayının əvvəllərində başa çatır. Bu dövrdə dağlarda qarın əriməsi 
hesabına respublikamızın əksər çaylarında su olur və əsas yazlıq bitkilərin suvarılması ancaq 


102 
başlayır. Payızlıq taxılların becərildiyi müddətdə heç bir yazlıq bitki ilə rəqabət şəraiti yaranmır.
Payızlıq taxıllar yazlıq taxıllara nisbətən daha çox yerüstü kütlə əmələ gətirirlər və hektardan 
Şəkil 4. Buğda:
1- mədəni birdənli; 2 – Timofey (Zanduri); 3 – ikidənli; 4 – kartli (qafqaz) ; 5 – 
bərk; 6 – yumşaq; (solda qılçıqsız, sağda qılçıqlı); 7 – turgidum (qırdış) ; (solda budaqlanan sünbüllü, 
sağda adi); 8 – polşa (lehistan); 9 – spelta; 10 – qısa:( solda qılçıqlı, sağda qılçıqsız); 11 – 
yumrudənli. 


103 
10 sentnerdən artıq dən məhsulu verirlər. Çünki, payızlıq taxıllarda fotosintez prosesinin davam 
etdiyi müddət 120-150, yazlıqlarda isə 90-100 gündür.
Bütün bu xüsusiyyətlərinə görə məhsul istehsalını artırmaq üçün payızlıq taxılların əkin 
sahələrini genişləndirmək məqsədəuyğundur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin