Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə93/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   89   90   91   92   93   94   95   96   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkilərin donması
. Respublikamızın dəmyə şəraitində becərilən payızlıq taxıllar qar 
olmayan və ya az olan illərdə bərk şaxtalar nəticəsində donurlar.
Əgər bitkinin kollanma buğumu nisbətən dərində (3,0-3,5 sm) yerləşərsə, donma zəif olar. 
Kollanma buğumunun torpaqda daha dərində yerləşməsi üçün toxumu şırıma səpib kollanma 
fazasında malalamaq lazımdır. Sahədə qarın olması donmanı azaldır. Donma zamanı protoplazmada 
buz əmələ gəlir, onun quruluşu pozulur və konsistensiyası yüksəlir.
Yaz şaxtaları bitkilərə daha çox məhvedici təsir göstərir, çünki, bitkilər qışda ehtiyat qida 
maddələrini tənəffüsə sərf edirlər. Ona görə də yaza çox zəif halda çıxırlar.
2.
Çürümə.
Payızlıq taxıl əkininə torpaq donana qədər çox qar yağdıqda və qar altında 
hərarət 0 
0
C-yə yaxın olduqda bitkilər qarın altında çürüyür. Çürümə bir tərəfdən bitkidə toplanan 
şəkərin tənəffüsə sərf olunması hesabına, digər tərəfdən qar altında göbələk xəstəlikləri (qar kifi, 
sklerotina) olması nəticəsində baş verir. Qar örtüyü altında 0 
0
C temperaturda nişasta tədricən 
şəkərə çevrilir və şəkər də tənəffüsə sərf olunur. Şəkər 2-4%-ə endikdə zülali maddələrin sərfi 
başlanır. Bu hala yazda təsadüf olunur. Çürümə 2-3 ay davam edir və bitkilər xeyli məhv olub 
seyrəlirlər. Mübarizə məqsədi üçün qarı toplamaq, vərdənələyib sıxlaşdırmaq lazımdır ki, 
temperatur aşağı ensin. Çürüməni azaltmaq üçün taxılın səpin müddətinə və normasına əməl etmək 
lazımdır. Çox tez və yüksək normada səpilən taxıl çürüməyə daha çox məruz qalır. 
3.
Su ilə boğulma (islanma
). Qranulometrik tərkibi ağır olan torpaqlarda bitki uzun 
müddət suda qaldıqda oksigen çatmamasından tələf olur. Bu hal su keçirməyən alçaq və çökək 
yerlərdə olan ağır torpaqlarda selləmə üsulu ilə suvarma zamanı müşahidə olunur. Suda olan bitki 
boğulur, qabaqca yarpaqlar, sonra isə kök və nəhayət kollanma buğumu tədricən məhv olur. 
Bitkinin suda boğulmasının qarşısını almaq üçün suvarmanı şırım üsulu ilə aparmaq, ağır 
qranulometrik tərkibli torpaqlarda drenaj çəkmək lazımdır. Eyni zamanda su çox yığılan sahənin 
ətrafına arx çəkilməli və su həmin arxa axıdılmalıdır.
4.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin