Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Ziyanverici və xəstəliklər



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə95/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   91   92   93   94   95   96   97   98   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Ziyanverici və xəstəliklər
. Payızlıq taxıllar Hessen və İsveç milçəklərindən, məftil 
qurdlarından, taxıl böcəyi, sümürgən böcəkləri, buğda tripsi, mənənələrdən siçanlardan; müxtəlif 
xəstəliklərdən-toz və bərk sürmə, sarı və qonur pas xəstəliyindən, unlu şeh, kök çürüməsi, qar kifi 
və s.- dən ziyan çəkirlər. 
Xəstəliklərə qarşı hal-hazırda tilt, bayleton, plantavaks, polikarbosin, sineb, topsin, fundazol, 
benlat adlanan preparatlardan istifadə etmək olar. 
Zərərvericilərə qarşı 30%-li vofatoksdan, 40%-li metafosdan və 40%-li fosfamid 
preparatlarından hektara 0,7-1,0-1,5 kq, 40%-li kartion-M 1,5 kq, 40%-li duruşban 1,5-2,0 kq, desis 
0,4kq və s. istifadə edilir. 
14.2.2. Payızlıq buğda
 
Əhəmiyyəti
. Buğda yer kürəsində daha geniş yayılmış və ən qiymətli dənli ərzaq bitkisidir. 
Dünya əhalisinin yarıdan çoxu onun dənindən qida kimi istifadə edirlər. Əhalini ərzaqla, 
heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün dənli taxıl bitkilərinin əhəmiyyəti 
olduqca böyükdür. Odur ki, yer kürəsində taxıl istehsalını artırmaq müasir dövr üçün ən vacib 
problemlərdən biridir. Bununla əlaqədar olaraq əhalinin ərzağa olan tələbatını ödəmək üçün taxıl 
istehsalının həcmi artırılmalı və keyfiyyəti yaxşılaşdırılmalıdır.
Kənd təsərrüfatının inkişafında taxıl istehsalı əkinçiliyin əsasını təşkil edir. Demək olar ki, 
dünyanın əksər ölkələrində əkinçiliyin ilk tarixi taxılın becərilməsi ilə başlayır. Əgər taxılçılıq 
inkişaf etdirilməsə, kənd təsərrüfatının digər sahələrini inkişaf etdirmək qeyri-mümkündür.
Dənli taxıl bitkiləri içərisində payızlıq buğdanın xüsusi çəkisi var. Payızlıq buğda məhsuldar 
və yüksək keyfiyyətli dənli taxıl bitkisidir. Dənin tərkibində əvəzsiz amin turşuları olan zülallar, 
yağ, vitaminlər, karbohidratlar və mineral maddələr vardır. Buğda dənində fosfor, qiymətli kalium 
birləşmələri, dəmir və çoxlu vitaminlər (V
1
, V
2
, PP) vardır. 
Buğda dəninin tərkibində orta hesabla 12-19% zülal, 65-75% nişasta, 2% yağ, 1,2% sellüloza, 
2,1% kül var.
Dəndə olan zülallar və sulu karbonlar insan orqanizmi tərəfindən çox asan mənimsənilir. Buna 
görə də ərzaq məqsədi üçün çörək bişirmədə və qənnadı sənayesində, yarma istehsalında, makaron, 
vermişel və başqa ərzaqların hazırlanmasında geniş istifadə olunur. Dənin keyfiyyəti, onun 
tərkibində vacib göstəricisi olan, zülal və kleykovinanın miqdarına görə xarakterizə olunur. Zülalın 
miqdarı buğdanın istifadə xarakterini müəyyən edir. Məsələn, çörəkbişirmə üçün dənin tərkibində 
14-15%, makaron hazırlanması üçün isə 17-18% zülal tələb olunur. Ən qiymətli göstərici yüksək 
keyfiyyətli qüvvəli və bərk buğda sortlarının olmasıdır. Yalnız yumşaq buğdalar qüvvəli buğda 
hesab olunur.
Buğda çörəyinin zülalı orqanizmdə asan həll olunub mənimsənilir. İnsan həyat fəaliyyəti üçün 
enerjinin yarıya qədərini çörəkdən alır. 100 qram çörək orqanizmdə yanarkən 245-255 kalori istilik 
verir. Buğda ununun çörəkbişmə keyfiyyəti kleykovinanın (özlülük) miqdarı və keyfiyyətindən 
asılıdır. Kleykovinanı təşkil edən qliadin və qlütein zülalları 1:1 nisbətində olduqda çörək yaxşı şişir 
və keyfiyyətli olur. Çörəkçıxma həcmi kleykovinanın uzanma qabiliyyətindən asılıdır. Uzanma 20-
30 sm arasında olmalıdır. Çörəyin yayıcılığı onun hündürlüyünün diametrinə nisbəti ilə ölçülür. 
Yaxşı olar ki, hündürlük diametrdən 2 dəfə çox olsun. Çörəyin divarı nazik, içərisi xırda, dənəvər 
məsaməli olduqda keyfiyyətli sayılır.
Buğdanın gücünün qiymətləndirilməsində çörəkbişirmə keyfiyyəti həlledici göstəricidir. 
Texnoloji xarakterinə görə dənlər üç qrupa ayrılır: 
qüvvəli, orta və zəif.
Qüvvəli (

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin