Bitkinin tarixi. Buğda ən qədim dənli taxıl bitkisidir. Arxeoloji qazıntılarla müəyyən
olunmuşdur ki, buğda bitkisi bizim eradan 6500 il bundan əvvəl İran ərazisində, 6000 il əvvəl
Misirdə 3000 il əvvəl Çində, Afrika və Avropa ölkələrində mədəni şəkildə becərilirmiş.
Azərbaycanda buğda bitkisi yeni eradan 3000-4000 il əvvəl daş dövründə becərilməyə
başlanmışdır. Buğda bitkisi Latın Amerikası ölkələrində 1526-cı ildən, ABŞ-da 1602-ci ildən,
Avstraliyada 1788-ci ildən, Kanadada 1812-ci ildən becərilməyə başlanmışdır.
Yayılması və məhsuldarlığı. Dünya miqyasında 710-760 milyon hektar dənli taxıl bitkiləri
becərilir ki, onun da 220-240 milyon hektarı buğdanın payına düşür: Bunun ABŞ-da 22 milyon,
Rusiyada 22 milyon, Hindistanda 14 milyon, Kanadada 11 milyon, Türkiyədə 8 milyon hektara
yaxın əkin sahəsi olmuşdur. Becərmə texnologiyasına düzgün riayət olunduqda buğda bitkisindən
yüksək məhsul götürmək mümkündür. Azərbaycanda buğda bitkisinin əkin sahəsi 603975 hektar,
ümumi məhsul istehsalı 1677756 ton, orta məhsuldarlıq isə hektardan 27,8 sentner (2008-ci il)
olmuşdur.
Növləri. Buğda
Gramineae ailəsinin və ya
Poaceae fəsiləsinin
Triticum cinsinə aiddir.
Buğdanın ən çox təsərrüfat əhəmiyyətinə malik olan növləri bərk və yumşaq buğdadır.
Ümumiyyətlə buğdanın 22 növü məlumdur.
Yumşaq buğda
(Triticum aestivum) növünün yazlıq və payızlıq formaları vardır. Daha çox
yayılmış növmüxtəlifliyi
lutescens ,
erythrospermum və az dərəcədə yayılanı
ferrugineum və
milturumdur . Sünbülləri seyrək qılçıqlı və qılçıqsız, sünbülünün üz tərəfi yan tərəfindən bir qədər
enli, qılçıqları dağınıq, küləşinin içərisi boş, sünbülcük pulcuqları enli, lakin qısa olub çiçək
pulcuqlarını örtməyəndir. Dənləri qısa, nəhayəti kəkilli, endospermi unludur. Gövdəsinin
hündürlüyü 50-150 sm olur. Bərk buğdaya nisbətən quraqlıq və şaxtaya davamlıdır.
Bərk buğdanın