Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -1



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə11/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   7   8   9   10   11   12   13   14   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Tapşırıq və yoxlama sualları -1
1.
Elmin hansı sahələri bitkiçiliyə inteqrasiya (birləşmə) edir? 
2.
Məhsulun həcmini və keyfiyyətini müəyyən edən əsas mühit amillərini sadalayın? 
3.
Qısa gün və uzun gün bitkiləri hansı göstəriciləri ilə xarakterizə olunur? 
4.
Fəal temperatur nədir? Regiondan asılı olaraq fəal temperatur həddi növün mənşəyini 
necə dəyişdirir? 
5.
N.İ. Vaviloava və P.M. Jukovskiyə görə növlərin mənşə mərkəzlərini göstərin. Növün 
mənşə mərkəzləri barədə məlumat hansı praktiki əhəmiyyətə malikdir? 
6.
Tarla bitkilərinin təsnifatı necədir? 
FƏSİL 2. BİTKİNİN BÖYÜMƏSİ, İNKİŞAFI, MƏHSULDARLIĞI VƏ 
ONUN KEYFİYYƏTİNİ MÜƏYYƏN EDƏN AMİLLƏR
Bitkiçilik elminində xüsusi terminləri kənarlaşdırmaq məqsədi ilə onlardan bəzilərinə 
aşağıdakı izahatlar verilir.
Bitkinin boy atması
– bitkinin kütləsinin və ölçüsünün böyüməsidir (güclənmə).
Bitkinin inkişafı 
– ontogenezdə bitkinin ayrı-ayrı orqanlarının funksiya və quruluşunda 
keyfiyyət dəyişiklikləri, onun orqanogenezin bir mərhələsindən digərinə, bir inkişaf fazasından 
başqasına keçməsidir. 
Bitkinin boy və inkişafının sinxron ötüb keçməsi həmişə olmur. Məsələn, qısa gün bitkisi 
şimal en dairəsində növbəti inkişaf fazasına keçmək üçün uzun müddət aşağı gərginlikli temperatur 
rejimində fəal temperatur cəmi toplaya bilmir, bu halda bitkinin boyu sürətlə gedir, inkişafı isə 
geridə qalır. 
Soyanın şimal ekotipli sortları ontogenezi keçmələri üçün zəruri olan fəal temperatur cəmi 
1800 
0
C-dir, lakin vegetativ dövr üçün yalnız 600 
0
C-dir, cənubda zəruri temperatur cəmini tez 
toplayırlar, generativ dövrə keçərək toxumun yetişməsi ilə nəticələnir. Boy artımı prosesinə onlarda 
vaxt çatmır, bitki qısa boylu olaraq qalır (20-30 sm), paxla və toxumlar cüzi miqdarda olur, amma 
55
0
şimal en dairəsi ərazilərində onun boyu 60-80 sm-ə çatır və bitkidə paxlaların sayı 30-a qədər 
artır.
Birillik bitkilərin ontogenezi 
– bitkinin toxumdan yenidən toxum alınanı qədər, çoxilliklərdə – 
toxumun cücərməsindən bitkinin məhv olmasına qədərdir. 
Birillik bitkilərin vegetasiya dövrü 
– toxumun səpin dövründən yetişməsi dövrünə qədər, 
çoxilliklərdə – tumurcuqların yazda oyanmasından, vegetativ orqanların boy artımının payıza qədər 
dayanması və sükunət halına keçməsinə qədərdir.
Birillik bitkilərin vegetativ dövrü 
– cücərtilər alındıqdan qönçələmənin başlanğıcına qədər, 
çoxilliklərdə – yazın əvvəlindən vegetativ orqanın uzanmasından qönçələməyə qədərdir. 
Generativ dövr 
– qönçələmə dövrünün başlanğıcından toxumun tam yetişməsinə qədərdir.
Vegetasiya dövrünün uzunluğu eyni olan bir növün iki sortundan birində toxum 
məhsuldarlığı o sortda artıq olur ki, onun vegetativ dövrü qısa və generativ dövrü uzun olsun. 
Vegetativ dövrü uzun olan sortda vegetativ kütlə artıq olur.
Orqanogenez 
– ontogenezdə bitkinin ayrı-ayrı orqanlarının ardıcıl olaraq əmələ gəlməsi və 
inkişafıdır.
Bitkinin inkişaf fazaları 
– bitkidə daha çox mühüm morfoloji və fizioloji dəyişikliklərin baş 
verməsi şərti olaraq ontogenezin seçilmiş dövrləridir. 


13 
Fazaları şərti olaraq misallarla bu cür aydınlaşdırmaq olar: dənli taxılların çıxışları – bu 
cücərtilərin torpaq səthində görsənməyidir, lakin, 
koleoptil
Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin