Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə112/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   108   109   110   111   112   113   114   115   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
14.2.7. Payızlıq çovdar
 
Əhəmiyyəti. 
Çovdar qiymətli ərzaq və yem bitkisidir. Unundan yüksək kalorili çörək (dadlı 
və ətirli) hazırlanır. Çovdar çörəyinin tərkibində tam qiymətli zülallar A, B
1
, B
2
, PP və E vitaminləri 
olur. Bu çörək mənimsənilməsi və həzmə getməsinə görə buğda çörəyindən geri qalır. Lakin 
tərkibində təxminən 1,5 dəfə artıq 
lizin
bir qədər çox 
trionin

triozinin
olduğundan, zülalın 
bioloji dəyərinə görə buğda çörəyini ötüb keçir. Çovdarın dənindən spirt çəkmə və nişasta bişirmə 
sənayesində istifadə olunur. Dənin təmizlənmiş rüşeymində olan çox səmərəli əsas qida 
maddələrinin miqdarı – zülal, şəkər, yağ, vitaminlər və mineral birləşmələr əczaçılıq və yeyinti 
sənayesində xüsusi müalicəvi preparatların və yüksək qidalı konsentratların hazırlanmasında geniş 
tətbiqini tapmışdır. Becərilmə şəraitindən asılı olaraq dənin tərkibində 9,2-17%-ə qədər zülal, 52-
63% nişasta və 1,6-1,9 % yağ olur. Payızlıq çovdar 
yazda tez inkişaf etdiyindən ən erkən yaşıl yem kimi 
istifadə edilir. Çovdarın bütöv dənləri, yarması və 
kəpəyi qüvvəli yem kimi heyvandarlıqda istifadə 
olunur. Üyüdülən zaman yem ununa nisbətən 
kəpəyin tərkibində çoxlu miqdarda çətin həzm 
olunan qabıq (qılaf) olduğundan ondan əsasən iri 
buynuzlu mal-qaranın kökəldilməsində istifadə 
edilir. Çovdar unu və kəpəyi qaba yemlərdən ot, 
küləş və püfə ilə tez-tez qarışdırılır. Küləşi yaşıl 
yemlərlə siloslaşdırılır. Eyni zamanda küləşi qaba 
yem kimi para (buxar) verilərək heyvanlara 
yedizdirilir. Doğranmış küləş şirəli yemlər (yem 
qarpızı, kələm, balqabaq) siloslaşdırılan zaman 
qarışıq qismində istifadə olunur. Küləşindən kristal 
şəkər, kağız, sellüloza, furfurol, sirkə və liqnin 
alınır, ondan eləcə də heyvandarlıqda döşənək kimi 
istifadə edilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin