Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə122/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   118   119   120   121   122   123   124   125   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri. 
Toxumun cücərməsi üçün optimal temperatur 20 
0
C, minimal 
temperatur 5 
0
C və maksimal temperatur isə 3 
0
C-dir. Cücərtilər səpindən 5-7 gün sonra görünür. 
Payız-qış dövründə - 20 
0
C şaxta böhran hesab olunur. Əsasən payızda, qismən yazda kollanır. 
Şəkil 6. Tritikale 


132 
Ümumi və məhsuldar kollanma optimal səpin müddətində müvafiq olaraq 4-6 və 2,5-3,5 təşkil edir. 
Payızlıq buğdadan 3-5 gün gec yetişir. Vegetasiya müddəti 250-325 gün davam edir.
Nəmliyə maksimal tələbat intensiv inkişaf etdiyi dövrdə - boruya çıxma fazasında və 
dənmeyvə formalaşdıqda və dolduğu dövrdə müşahidə edilir. Payızlıq buğdaya nisbətən tritikalenin 
quraqlığa davamlığı yüksəkdir, lakin payızlıq çovdardan bir qədər geri qalır. Toxumun şişərək 
cücərməsi üçün quru kütlənin 50-60% qədər nəmlik tələb olunur. Tarla rütubət tutumu 65-75% 
olduqda tritikale yaxşı məhsuldar olur.
Payızlıq taxıllara nisbətən tritikale torpağa az tələbkardır. Onu müvəffəqiyyətlə boz-meşə, 
çimli-podzol, yüngül gillicəli və qumsal torpaqlarda becərmək mümkündür. Bu bitki üçün qara 
torpaqlar daha yaxşı torpaq hesab olunur. Bataqlı və şorlaşmış torpaqlar az yararlıdır. Torpağın 
reaksiyası neytral və yaxud zəif turş (pH – 5,5-7,0) olmalıdır. 
Sortları:
seleksiyaçılar tərəfindən 30-dan çox dənlik və yemlik sortlar yaradılmışdır.

Amfidiploid – 206
, sort V. V. Yaryev adına Elmi-Tədqiqat Bitkiçilik Seleksiya və Genetika 
İnstitutunda alınmışdır.
Amfidiploid – 60
sort V. V. Yaryev adına Elmi-Tədqiqat Bitkiçilik Seleksiya və Genetika 
İnstitutunda alınmışdır. 
Ləyaqət – 
sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda alınmışdır. Alçaq boyludur, 
yazlıq və payızlıqdır, sünbülü xırdadır.
Qismət - 
sortu Azərbaycan Dövlət Aqrar Universitetində Bitkiçilik və bitki mühafizəsi 
kafedrasında naməlum tritikale sortu ilə 
Qılçıqsız-1
buğda sortunun çarpazlaşdırılmasından 
alınmışdır. Sortun hündürlüyü orta boyludur və qışa davamlıdır. Yarpaqları və sünbülləri iridir, 
güclü kollanandır. Sünbülü ağ, dəni qırmızıdır. Dənin mütləq kütləsi 50-55 qramdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin