Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə125/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   121   122   123   124   125   126   127   128   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması. 
Tritikalenin dənləri sünbülcükdə çiçək pulcuqları arasında möhkəm 
oturduğuna görə demək olar ki, tökülmür. Ən yaxşı yığım üsulu dənlər tam yetişdikdə birbaşa 
kombaynla yığmaqdır. Hissə-hissə yığım da mümkündür. Tritikalenin dəni buğda dənindən iri 
olduğuna görə, döyüm zamanı dənlərin qırılmaması üçün barabanlar arasındakı məsafə artırılır və 
barabanların dövrlər sayı dəqiqədə 600 – ə endirilir. Dən adi taxıl təmizləyən maşınlarla təmizlənir. 
Yem məqsədilə əkilmiş tritikale bitkisi sünbülləmə fazasında adi silos biçən maşınlarla biçilir.
14.3. Yazlıq bitkilər
 
14.3.1. Yazlıq buğda 
Əhəmiyyəti. 
Yazlıq buğda əsas ərzaq bitkilərindən biridir. Onun istifadəsi payızlıq buğda ilə 
eynidir. Dəninin tərkibində zülalın miqdarı yüksək 18-24% və kleykovina 38-40%-ə bərabərdir. 
Elə buna görə də yumşaq buğda unu yüksək çörək bişirmə keyfiyyətinə malikdir. Bərk buğdadan 
isə əla keyfiyyətli makaron, vermişel, əriştə və s. hazırlanır, çörək bişirmədə yaxşılaşdırıcı kimi 
istifadə olunur.
Un üyütmə sənayesinin tullantısı (kəpək) heyvandarlıq üçün qiymətli konsentratlı yemdir. 
Küləşi və püfəsi də heyvandarlıqda yem kimi istifadə olunur. 
Yazlıq buğda yer kürəsində daha çox yayılmış və qədimdən becərilən bitkilərdən biridir. 
Onu kainatın bütün hissəsində - qütb dairəsindən cənubi Amerikanın və Afrikanın ucqarlarına qədər 
becərirlər. Əkin sahəsi və ümumi dən məhsulu yığımına görə o dənli taxıl bitkiləri içərisində ikinci 


134 
yeri tutur. Yazlıq buğda ölkəmizin əsasən dağlıq bölgələrində: Dağlıq Qarabağda, Daşkəsən, 
Gədəbəy, Lerik, Şamaxı, İsmayıllı və Zaqatala rayonları ərazisində kiçik sahələrdə becərilir. Yazlıq 
buğdanın yazlıq arpa və vələmirə nisbətən soyuğa davamlılığı zəifdir. Bu bitkinin yarovizasiya 
mərhələsi və vegetasiya müddəti qısadır. Məhsuldarlığı payızlıq buğdaya nisbətən aşağıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin