136
Yazlıq buğda əkinlərinə yemləmə gübrəsinin verilmə müddəti və norması yarpaq və toxuma
diaqnostikasına əsasən müəyyənləşdirilir.
Yazlıq buğdanın sünbülləmə-çiçəkləmə dövründə azot gübrəsi ilə (sidik cövhəri) kökdən
kənar yemləndirilməsi dənin keyfiyyətini yaxşılaşdırır, zülalın miqdarını 1,0-1,5% və kleykovinanı
isə 3,0-3,5% yüksəldir. Bitkinin normal boy atması və inkişafı üçün mikrogübrələrin - bor, sink,
molibden, mis, marqans və bakterial gübrələrin verilməsi zəruridir. Belə ki, onlar yazlıq buğdanın
məhsuldarlığını xeyli yüksəldir.
Dostları ilə paylaş: